Vəkil Fariz Namazlı axşam vaxtı kafedə dostları ilə əyləşdiyi yerdə qəfildən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılması, orada saat 12-ədək dindirilməsinə görə şikayətçi olsa da, Səbail rayon Məhkəməsi baş verənləri qanunsuz saymayıb.
Bir ildən çoxdur həbsdə olan ictimai fəal Zəka Mirağayev 3 il azadlıqdan məhrum edilib.
Avropalı deputatlar TikTok-un baş icraçı direktorunu Avropa Parlamentinin sorğu-suala çəkməsinə çağırıb.
Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Azərbaycanda ərzaq idxalı xərcləri 2024-cü ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 1.97 milyard ABŞ dollarına çatıb.
Noyabrın 26-da İsrail baş naziri Benyamin Netanyahunun Güvənlik Kabineti səs çoxluğu ilə ölkəsi və "Hizbullah" arasında atəşkəs razılaşmasını təsdiqləyib.
Pakistanın şimal-qərbində onillərdir məzhəb zəminində zorakılıq halları baş alıb gedir.
Rusiya Böyük Britaniya səfirliyi siyasi şöbəsinin ikinci katibi Edvard Prayor Uilksi ölkədən qovub.
Çita məhkəməsi "xarici təşkilatla məxfi əsasda əməkdaşlığa" görə jurnalist Nika Novaka 4 il həbs cəzası verib.
Fərid Mehralızadə: "Dilimin uzanması"nın həbsimə nə aidiyyəti var?".
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasından Milli Məclisin noyabrın 25-də keçirilən iclasında da bəhs edilib.
Sabiq baş nazir İmran Xanın azadlığa buraxılmasını istəyən minlərlə tərəfdarı paytaxt İslamabada yürüşü dayandırmaqdan boyun qaçırdığından Pakistan ordusu şəhərə qoşun yeridib.
Davamı