Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:28

Rauf Mirqədirov azadlıqda [video/foto]


Rauf Mirqədirov azadlığa buraxıldı
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Rauf Mirqədirov azadlığa buraxıldı

.

Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib.

R.Mirqədirov azadlığa çıxan kimi jurnalistlərə deyib ki, heç bir günahı yoxdur. Bəraət alana kimi mübarizəsini davam etdirəcək.

O, həmçinin qeyd edib ki, bir müddət sonra jurnalistikaya qayıdacaq.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

___________________________________________________________

Rauf Mirqədirovun saxlanması və onunla bağlı bütün proseslər barədə ətraflı burada:

____________________________________________________________

Qısa Tarixçə:

Azərbaycanda 2014-cü ilin aprelindən yeni həbs dalğası başlamışdı. Aprelin 19-da Türkiyədə yaşayan jurnalist Rauf Mirqədirovun həbsi ilə başlayan dalğa, ictimai fəallar LeylaArif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərov, Seymur Həzi, Xədicə İsmayıl və digərlərinin həbsi ilə davam etdi.

«Ayna»-«Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun həbsindən az sonra, aprelin 28-də gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus saxlanmışdılar. Onların ölkədən çıxmasına icazə verilməmişdi.

Az sonra onlar da Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilib, əlavə bir neçə də maliyyə xarakterli ittihamlarla Leyla Yunus 8.5 il, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beynəlxalq təşkilatların vicdan məhbusları kimi tanıdıqları Yunuslar da bir neçə ay əvvəl səhhətlərində yaranan problemlərə görə şərti cəza ilə azadlığa buraxılıblar.

Rauf Mirqədirov məhkəmənin qarşısında.
Rauf Mirqədirov məhkəmənin qarşısında.
Yenicə azadlığa buraxılan jurnalist Rauf Mirqədirov ilk olaraq atasının qəbrini ziyarət etməyə gedib.
Yenicə azadlığa buraxılan jurnalist Rauf Mirqədirov ilk olaraq atasının qəbrini ziyarət etməyə gedib.

XS
SM
MD
LG