Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:47

Eldar Mahmudov ad çəkmədən kimlərisə Ermənistana işləməkdə ittiham edir


Arxiv fotosu: MTN əməkdaşları jurnalist Rauf Mirqədirovu saxlayarkən.
Arxiv fotosu: MTN əməkdaşları jurnalist Rauf Mirqədirovu saxlayarkən.

.


Azərbaycanda təxminən bir il öncə - 2014-cü ilin aprelindən yeni həbs dalğası başladı. Aprelin 19-da Türkiyədə yaşayan jurnalist Rauf Mirqədirovun həbsi ilə başlayan dalğa, ictimai fəallar LeylaArif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərov, Seymur Həzi, Xədicə İsmayıl və digərlərinin həbsi ilə davam etdi.

İttihamlar fərqli olsa da yuxarıda adları çəkilənlərin hər biri həbslərini fəaliyyətləri ilə bağlayır, Azərbaycanda demokratiyanın, azad fikri ifadənin boğulması kimi dəyərələndirirlər.

Azərbaycanın rəsmiləri, hüquq mühafizə orqanlarısa, bu həbslərin konkret cinayət işləri ilə bağlı olduğunu bildirirlər.

MTN RƏHBƏRİ: “QHT adı altında Ermənistana işləyirlər”

Martın 28-də Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ili ilə bağlı mərasimdə nazir Eldar Mahmudov Azərbaycanda təhlükəsizlik tədbirlərindən danışıb. MTN-in ictimai əlaqələr idarəsindən APA-ya verilən məlumata görə, nazir vurğulayıb ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir.

Eldar Mahmudov bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi Azərbaycan vətəndaşı maddi maraq əsasında kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplayıb və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışıb:

“Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır”.

NAZİR KİMLƏRDƏN BƏHS EDİRDİ?

Nazir bu çıxışında söhbətin konkret kimlərdən getdiyini açıqlamır, ad çəkmir. Amma Azərbaycan mediasında belə fikirlər var ki, nazir "maddi maraq əsasında kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplayıb və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışıb" deyərkən ola bilər jurnalist Rauf Mirqədirovu, "qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan 2 nəfər" deyrkən isə Arif və Leyla Yunusları nəzərdə tutur. Çünki, adı çəkilən şəxslərə qarşı elan edilmiş ittihamlarla nazirin çıxışında vurğuladığı əməllər çox oxşayır.

Hər üç şəxsin işi ilə bağlı hazırda istintaq gedir. Onların əleyhlərinə məhkəmə hökmü yoxdur, amma tez-tez məhz bu şəxsləri hakimiyyətə yaxın media orqanları "Ermənistana casusluq"da ittiham edirlər. Amma hələ də adı çəkilən şəxslərə qarşı ittihamın məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməyib.

Onlar özləri və vəkilləri isə jurnalistlərlə söhbətlərində ittihamları qətiyyətlər rədd edir, bu şəxslərin yalnız ictimai fəaliyyətlərinə görə, tənqidi mövqelərinə görə təzyiqlərlə üzləşdiyini deyirlər.

Leyla Yunusun vəkili Elçin Qənbərov deyir ki, məhkəmədə günahı sübuta yetirilməyən şəxs barəsində belə çıxışlar təqsirləndirilənin günahsızlıq prezimpsiyasını pozur:

“Hələ işin istintaqı gedir. Nəinki günah sübuta yetirilib. Heç hər hansı sübut belə yoxdur. Belə olan halda ictimaiyyətə bu cür məlumatların ötürülməsi qanunsuzdur”.

LEYLA YUNUS HAQDA AZƏRBAYCAN PARLAMENTİNDƏ….

Amma nəinki istintaq müddətində, hələ Leyla Yunus həbs olunmamışdan öncə də Azərbaycan parlamenti, eləcə də televiziyalarda ona qarşı fikirlər səslənib.

“Bu gün illərlə dediyimiz hal öz təsdiqini tapır. Leyla Yunus erməni Milli Kəşfiyyatının təsiri altında olan bir şəxsdir” – bu fikri deputat Fəazil Ağamalı parlementin iclaslarından birində səsləndirmişdi.

Leyla Yunusun saxlanmasından və həbsindən sonra Azərbaycan mediasında bu olay fərqli işıqlandırıldı. Yerli özəl və dövlət televiziyalarının hazırladıqları reportajlar daha çox rəsmi mövqe ilə çatdırıldı.

Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

XəzərTV-nin Leyla Yunus haqda reportajından bir hissə:

“Sanki Bakıda hansısa qeydiyyatdan keçməmiş institutun rəhbəri yox, ermənilərin milli qəhrəmanı saxlanıb. Son hadisələrlə bağlı erməni mətbuatında yazılanlar belə deməyə əsas verir. Görünür, Leyla Yunus və onun həyat yoldaşının milli mənsubiyyəti ilə bağlı cəmiyyətdəki şübhələr heç də əsassız deyil. Ermənistan və onun mətbuatının Azərbaycana düşmən olması məlumdur. Bəs, onda onun müdafiə etdiyi şəxs bizim üçün kimdi? Ya da sualı belə qoyaq. Erməni mətbuatı Leyla Yunusa xidmət edir, yoxsa əksinə?”

LEYLA YUNUS HƏBSİ HAQDA…


Leyla Yunus hələ həbs olunmamışdan öncə hakimiyyətin ona həbs ssenarisi hazırladığını deyirdi. Ssenerini də belə görürdü:

Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

“Bizi tutacaqlar. Deyəcəklər ki, “şpiyon”suz. 20 ildir Ermənistana işləyirsiz. Heç bir sübut olmadan göndərəcəkləri bizi qazamata”.

Ötən ilin aprelin 19-də Türkiyədə yaşayan jurnalist Rauf Mirqədirov saxlanaraq, Bakıda – Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına salınıb. Onun barəsində dövlətə xəyanat maddəsi üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Rauf Mirqədirov 2008-ci ildən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə məxfi əməkdaşlıq edib. Bundan sonra Leyla Yunus onun hədəfə alındığını, tezliklə onun da həbs ediləcəyini açıqladı.

İyulun 30-da Leyla Yunus Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil, 6 maddəsi ilə ittiham olunaraq həbs edildi. Bir neçə gün sonra da onun həyat yoldaşı Arif Yunus buna bənzər ittihamlarla saxlandı.

Leyla və Arif Yunuslar ittihamları rədd edir və həbslərinin siyasi motivli olduğunu deyirlər.

Amnesty İnternational təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG