Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:50

Tarif Şurası öz qərarını dəyişdi


"Tarif alnımıza yazılıb". Karikatura. Gündüz Ağayev.
"Tarif alnımıza yazılıb". Karikatura. Gündüz Ağayev.

Tarif Şurası noyabrın 28-də qazın və elektrik enerjisinin tariflərinin yenidən müəyyən edilməsini nəzərdə tutan qərarına dəyişikliklər edib.

Bu haqda şuranın yaydığı press-relizdə bildirilir.

200 kubmetr və 50 kwt/saatlıq güzəşt

Şura bildirir ki, qərara dəyişiklik prezidentin tapşırığına əsasən edilib.

Şuranın yeni qərarına görə, əhali üzrə tarifi dəyişməyən təbii qaza görə, təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.

Buna da bax:​ İmtahanlara da Tarif Şurası qiymət qoya bilər

“Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizə, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizə yüksəlib”, şura bildirir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Qaza görə ildə 20, işığa görə 24 manat...”

İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının noyabrın 28-də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı qərarında limiti bir qədər artırmasına münasibət bildirib.

“İstehlakçıların xərci qaza görə ildə 20 manat, işığa görə isə 24 manat azaldıldı” - deyə o yazıb.

O qeyd edib ki, Tarif Şurasının bu gün dekabrın 22-də keçirilən iclasında təbii qaza görə təsdiqlənmiş illik istehlak həcmini 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırmasından bu nəticə çıxır.

“Bu o deməkdir ki, normadan artıq qaz istehlak edənlərin illik xərci 20 manat, elektrik enerjisi istehlak edənlərin də 24 manat azalacaq. Xatırlayırsınızsa, Tarif Şurasının qərarını .şərh edərkən, dərc etdiyim "Ədalətsizliyin diferensiasiyası və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında" yazıda diferensiallaşma normasının düzgün müəyyənləşdirilmədiyini qeyd etmişdim. Hələ o zaman təklif etmişdim ki, elektrik enerjisinə görə, difensiallaşma norması ailə üzvlərinin sayı ilə əlaqələndirilməlidir. 2 nəfərlik ailə üçün bu norma 300 kilovat-saatdan başlamalıdır" - deyə iqtisadçı vurğulayıb

Gürcüstan, Türkmənistan və Qırğızıstanla müqayisə

Qubad İbadoğlu bildirib ki, Gürcüstanda da bahalı tarif 300 kilovat-saat səviyyəsindən başlayır.

“Qırğızıstanda aşağı tarifin minimum norması 700 kilovat-saatdır. Türkmənistanda isə hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilowatt elektrik enerjisi pulsuz verilir. Onu da əlavə edim ki, əhali qrupuna Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir. Tarif Şurasının qərarına korrektə edərək qaz və elektrik enerjisi üçün diferensiallaşma normaları dəyişdiyi halda qiymətlərin sabit saxlanılması onu göstərir ki, digər enerji bazarlarında da tariflər artırılacaq”

Xatırlatma

Tarif Şurası noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətlərini qaldırmışdı. Həmin qərarda qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişdirilmirdi. Qiymət bir kubmetrə görə, mövcud 10 qəpik səviyyəsində saxlanılırdı.

Ancaq illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün bir kubmetrə görə, qiymət 20 qəpik müəyyən edilmişdi. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minməli idi.

Buna da bax: Tarif Şurasında dərman müzakirəsi

Hazırkı dəyişikliyə görə, əhali həmin tarixdən 1500 yox, 1700 kubmetrdən çox olan hissə üçün bir kubmetrə görə, 20 qəpik ödəməli olacaq.

Tarif Şurası elektrik enerjisinin də qiymətini artırmışdı. Bu artım dekabrın 1-dən baş verib.

Şura aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün qiyməti dəyişməmiş, mövcud 7 qəpik səviyyəsində saxlamışdı.

Buna da bax:​ Qiymət artımına 'yaşıl işıq' yandıran kimdir?

Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan istehlakçılara isə 11 qəpik müəyyən edilmişdi. Hazırkı dəyişikliklə limit 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.

Buna da bax:

İşıq-qaz təkər təmirindən tutmuş bütün xidmətləri bahalaşdırır...
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

XS
SM
MD
LG