Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:57

Qiymət artımına 'yaşıl işıq' yandıran kimdir?


İlham Əliyev, 11 dekabr 2015
İlham Əliyev, 11 dekabr 2015

İqtisadi islahatların gedişi, ölkədə qiymətləri hansı qurumun qaldırması, idarəetmənin qeyri-optimallığı, dolların “qara bazar”a çıxışı bu günkü medianın aparıcı mövzusudur.

Yeni inkişaf strategiyası-yol xəritələri

"Azərbaycan" qəzeti “Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyası” sərlövhəli məqalədə ölkə iqtisadiyyatının inkişafı üçün hüquqi baza olan sənədlərin hazırlanması və həyata keçirilən islahatlardan danışır.

Müəllif yeni iqtisadi hədəf olan qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün iqtisadiyyatın diversifikasiyasını prioritet istiqamət adlandırır.

Məqalədə deyilir ki, aparılan islahatlar nəticəsində son illər ərzində bu sahələrdə mühüm uğurlar əldə olunub. Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensiallı yüksək rəqabətqabiliyyətli malların istehsalı genişlənib.

Buna da bax: Azərbaycanın öz 'Maqnitski siyahısı' olacaq? [video]

Məqalədə deyilir ki, dünyada əlverişsiz iqtisadi proseslerin davam etdiyi 2016-cı ilin ötən dövrü ərzində prezident İlham Əliyevin düşünülümüş siyasəti nəticəsində ölkədə sabitlik qorunub saxlanıb, dövlətin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.

Amma yazı da bu da vurğulanır ki, dünya iqtisadiyyatında baş verən mənfi proseslər Azərbaycana da mənfi təsir göstərib. Ona görə də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin edilməsi, ixrac imkanlarının genişləndirməsi əsas vəzifədir.

Bakıda qiymət artımı
Bakıda qiymət artımı

Qiymətləri artıran kim?...

“Azadlıqinfo” “Qiymət artımı qərarını kim verir?” sərlövhəli məqalədə indiki gündəm üçün aktual olan bir məsələni araşdırır.

Məqalədə deyilir ki, qiymət artımına Tarif Şurası qərar verir. Amma müəllif bu qurumun müstəqil olaraq, heç bir digər qurumla razılşamadan qiymətləri artırmasını inandırıcı saymır. Hətta qurumun noyabrın 28-də qaz və elektirkin qiymətini qaldımasına görə parlamentdə tənqid olunmasını da mənasız sayır:

“Sanki, Tarif Şurası müstəqil bir qurumdur və qiymət artımlarını ümumi müzakirə əsasında qaldırmağa qərar verirlər”.

Buna da bax: 'Normal ölkədə bu gənclər heykəl yazsaydı...'​

Məqalədə xatırladılır ki, bu qurumun üzvləri ayrı-ayrı nazirliklərin məsul işçiləridir və onların sırasında hansısa müstəqil ekspert və ya QHT rəhbəri yoxdur:

“Aydın məsələdir ki, qiymət artımına “xeyri-dua” ən yüksək səviyyədə olub. Nazirlər “hə”ni alıb, müavinləri də təmsil olnduqları Şura adından qərar veriblər. Ona görə də “prezidentin xəbəri yoxdur”, “prezident Şuranın qərarını ləğv edə bilər” kimi gülməli arqumentlərə söykənmək absurddur”.

Məqalədə deyilir ki, parlamentdə qiymət artımına üsyan edən hər bir deputat bilir ki, qiyməti artıran, buna “yaşıl işıq” yandıran kimdir. Həm də birdən-birə işığın qiymətinin 57 faiz, qazın qiymətinin 100 faiz qaldırılması özfəaliyyət ola bilməz.

Oktay Haqverdiyev, Bakı, 09 fevral 2011
Oktay Haqverdiyev, Bakı, 09 fevral 2011

İdarəetmə təkrarçılığı

“Exo” qəzeti “Azərbaycanda nazirliklərin azaldılmasında israr edirlər” sərlövhəli məqalədə ölkədə nazirliklərin çox olmasını ekspert Oqtay Haqverdiyevlə müzakirə edir.

“Nazirlik nə qədər çox olarsa, daha çox dövlət vəsaitləri sərf edilir və bu vəsaitlər heç də həmişə təyinatı üzrə xərclənmir. İqtisadiyyatın indiki strukturu, dövlət büdcəsinin durumu nəzərə alnmaqla yeni idarəetmə strukturu qurulmalıdır”. O.Haqverdiyev fikrini belə şərh edib.

Ekspert deyir ki, uzun müddətdir ki, ölkədə nazirliklərin sayının azaldılması zərurətindən danışırlar. Onun fikrincə, ölkədə həddən artıq şişimiş idarəetmə aparatı var. Hətta bəzi nazirliklərin fəaliyyəti bir-birinin təkrarıdır.

O.Haqverdiyevin sözlərinə görə, dövlət qurumlarının sayını azaltmaq, hökumət sistemini optimallaşdırmaq əvəzinə hər dəfə yeni qurum yaradılır.

Buna da bax: Baş mühasib: 'Qurbanlıq qoyun kimi burdayam'

Ekspert hesab edir ki, dövlət qurumlarının buraxılması prosesi tədrici olmalıdır, əks halda işsizlərin sayı artacaq:

“Yol vermək olmaz ki, minlərlə dövlət qulluqçusu işsiz qalsın, amma tədricən strukturların sayı azaldılmalıdır. Dövlət vəsaitləri səmərəsiz xərclənir, idarəetmə sturkturuna yenidən baxmaqla onları azaltmaq olar”.

O.Haqverdiyev deyir ki, Vergilər Nazirliyinin funksiyası dövlət büdcəsi üçün vergi toplamaqdır. Bu funksiyanı Maliyyə nazirlyindəki departmanet yerinə yetirə bilər, odur ki, daha bir nazirliyi saxlamağına dəyməz.

Ekspert hesab edir ki, Gömrük Komitəsini də saxlamağa ehtiyac yoxdur. Bu funksiyanı DİN yanında gömrük xidməti təşkil etmklə də yerinə yetirmək olar. Onun fikrincə, dövlət qurumlarını buraxmaqla yüz milyonlarla vəsaitə qənaət etmək olar:

“Artıq olan qurumlar ləğv edilməli, onlara nəzərdə tutulan vəsaitlər başqa sahələrə yönəldilməlidir,oxşar qurumlar isə birləşdirilməlidir”.

Bəzi ekspertlər də bu düşüncədədir ki, nazirliklərin və dövlət xidmətlərinin buraxılması kadrların kütləvi ixtisarına səbəb olmayacaq.

ABŞ dolları
ABŞ dolları

“Qara bazarda “yaşıl marağı” olanlar

“Yeni Müsavat” qəzeti “Dollar ''qara bazara''a necə yol tapır?” sərlövhəli məqalədə müəllif dolların “qara bazar”a çıxması yollarını araşdırır.

Müəllif deyir ki, son günlər bəzi banklar dollar satışını tamamilə dayandırıb. Bəzi banklar isə satış limiti müəyyən edib və bu "qara bazar"ı yenidən aktivləşdirib. Banklardan dollar ala bilməyən vətəndaşlar məcburən "qara bazar"a üz tutmalı olurlar.

Məqalədə deyilir ki, “qara bazar”da dollar 1.83-ə satılır, 1.80-ə alınır, amma bu bazara valyuta banklar vasitəsilə yox, xüsusi şəxslər vasitəsilə çıxır.

Yazı müəllifi ekspertlərə istinadən “qara bazar”ın yaranmasına səbəb kimi bankların əhalinin dollar olan tələbatını ödəyə bilməməsini göstərir:

“Kommersiya bankları aldıqları dolları satmadığı və ya dollar satışına limit təyin etdiyi üçün "qara bazar" genişlənir. Çünki vətəndaş dolları bankdan ala bilmədikdə, başqa yerdən almağa məcbur olur”.

İqtisadçı Vüqar Bayramlı vurğulayır ki, bəzi kommersiya bankları "qara bazar"ın saxlanmasında maraqlıdır. Çünki onlar bu yolla gəlir əldə edirlər. Hətta "qara bazar"ın dollarla təminatının mənbəyi bir sıra kommersiya banklarıdır:

"Kommersiya bankı hərracdan dollar alır, amma satmır. Vətəndaşdan da dollar alır. Çünki vətəndaş əlində olanı xərcləmək üçün dolların bir hissəsini satmalıdır. Deməli, həmin dollar "qara bazar"a gedir. Monitorinqlər də göstərir ki, "qara bazar"ın yaranma səbəblərindən biri də bəzi bankların "qara bazar"ın yaranmasında maraqlı olması ilə əlaqədardır”.

XS
SM
MD
LG