Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:51

'Qadını polis şöbəsində döyüb, 10 sutka həbs verdilər' [video]


Polisdən şikayət etdi və...
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

«Almaz anasından ona miras qalan və keçmiş həyat yoldaşı tərəfindən qanunsuz satılan evin pulunu tələb edirdi. Buna görə 1 həftə əvvəl keçmiş yoldaşı ilə bir daha görüşəndə kişi Ağdam polis şöbəsində işləyən polis tanışlarına zəng vurub, çağırıb. Polislər də gəlib qadını şöbəyə aparıblar. Orada polis işçiləri tərəfindən döyülən Almaz bu barədə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət edib. Fevralın 6-da polislər onu izahat yazmaq bəhanəsiylə şöbəyə çağırıb, oradan məhkəməyə göndəriblər. Məhkəmə də 10 sutka həbs cəzası kəsib. Bu video isə qadın yarıyolda düşüb məhkəməyə getməkdən imtina edəndə qızı tərəfindən çəkilib».

Buna da bax:​ Köçkün: 'Rəqəmləri görəndə damarımda qanım dondu'

Bunu AzadlıqRadiosuna hazırda Ağdam Polis Şöbəsinin saxlama kamerasında 10 sutkalıq həbs cəzasının ikinci sutkasını çəkməkdə olan Almaz Səfərovanın qanuni nümayəndəsi Kamil Əsədov deyir.

TƏDBİR GÖRMƏK ƏVƏZİNƏ

K.Əsədovun sözlərinə görə, Almaz Səfərova təqribən 1 həftə öncə həmin polis şöbəsində döyülməsi barədə şöbədən çıxandan sonra rəsmi qurumlara müraciət edib. A.Səfərova Bərdənin Qazıqurdalı kəndindəndir. Anasından qalan ev də oradadır və nümayəndəsinin deməsinə görə, keçmiş həyat yoldaşı ilə onun arasındakı mübahisə də orada baş verib:

Buna da bax-Yaqut Əliyeva: 'Əlifağa mənə dedi ki, sənə... yeridəcəyəm...'

«Ancaq nədənsə, hər dəfə bu xanımı Bərdə polisinə yox, Ağdam polisinə aparırlar. Bərdə polisi dura-dura, Ağdam polis şöbəsinin polislərinin nə marağı var ki, Ağdamdan Bərdəyə gəlirlər? Maraqlıdır, Almaz xanıma 10 sutka kəsən məhkəmə də Ağdam polislərinə sual etməyib ki, Bərdə polisi hardaydı ki, siz Ağdamdan durub Bərdənin kəndinə getmisiz? Bunlar bir tərəfə... Hələ bir həftə əvvəl Almaz xanım şöbədən buraxılandan sonra həkim müayinələrindən də keçib və xəsarətləri barədə sənəd də var. Biz o sənədi Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa da göndərmişik. Hələ də həmin polis şöbəsinin əməkdaşları barədə tədbir görülməyib. Əvəzində isə fevralın 6-da qadını izahat yazdırmaq bəhanəsi ilə aldadıb polisə aparıblar. Ora çatanda döyüblər, sonra da zorla maşına mindirib məhkəməyə aparıblar. Məhkəmə ilə polis şöbəsinin arasındakı məsafə qısadır. Qadın yarı yolda maşını saxladıb, yerə düşüb. Onu aparan polis əməkdaşı da əlavə polis qüvvəsi çağırıb. Sonra da beləcə, videoda gördüyünüz kimi, sürüyə-sürüyə maşına mindirib aparıblar məhkəməyə. Bu videonu da hadisə yerində olan qızı çəkib».

Buna da bax:​ 'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'

«ZORA ƏL ATILMAYIB»

Ağdam Məhkəməsi Almaz Səfərovaya İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 10 sutkalıq həbs cəzası verib.

Ağdam rayon Polis Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, A.Səfərovaya hər hansı zor tətbiq olunmayıb. Polisin qanuni tələbinə tabe olmadığı üçün məhkəməyə aparılıb və məhkəmə də öz hökmünü verib. Hökmdən narazılığı varsa, apellyasiya şikayəti verə bilər.

Buna da bax:​ 'Qazı parniklərə verirlər, bizi isə dondururlar'

A.Səfərovanın qanuni nümayəndəsi polislərin hərəkətinin araşdırılması üçün uyğun qurumlara müraciət hazırlayıb. Ağdam məhkəməsinin hökmündənsə apellyasiya şikayəti verəcəyini deyir.

Nümayəndə onu da bildirib ki, keçmiş ərlə arvad arasındakı mübahisəli mülklə bağlı Bərdə məhkəməsinə müraciət olunub. Lakin məhkəmə ərizənin səhv yazıldığını səbəb gətirərək iddiaçı Almaz Səfərovaya qaytarıb.

XS
SM
MD
LG