Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Sorğu: Avropalıların Ukraynanı dəstəkləməyə nə qədər səbri çatacaq?


Macarıstanda anti-Putin aksiyası
Macarıstanda anti-Putin aksiyası

Ukraynada müharibənin dördüncü ayında avropalılar əsasən Kiyevi dəstəkləyirlər, lakin bu münaqişənin hələ nə qədər davam edəcəyi məsələsi ilə bağlı mövqelər müxtəlifdir

Ukraynada müharibənin dördüncü ayında avropalılar əsasən Kiyevi dəstəkləyirlər, lakin bu münaqişənin hələ nə qədər davam edəcəyi məsələsi ilə bağlı mövqelər müxtəlifdir.

Bu barədə European Council on Foreign Relations analitik mərkəzinin iyunun 15-də açıqladığı sorğu hesabatında deyilir.

Avropanın 10 ölkəsində aparılmış sorğu göstərib ki, adamların bu münaqişəyə münasibəti, daha doğrusu ictimai rəy müharibənin təsirləri, xüsusilə də onunla bağlı inflyasiya və bahalaşmaya görə dəyişə bilər.

Hesabatda deyilir ki, rəyi soruşulanların təxminən üçdə birindən bir qədər çoxu müharibənin hətta Ukraynanın ərazi güzəştləri hesabına olsa da, mümkün qədər tez başa çatmasını istəyir.

Lakin respondentlərin 22 faizi bu qənaətdədir ki, müharibə Rusiya cəzalandırılana və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər davam etməlidir.

Rəyi soruşulanların təxminən beşdə biri bu barədə qəti bir söz deyə bilməyəcəyini bildirib.

Rusiyanın məsuliyyət daşımasını əksəriyyət deyir

Buna baxmayaraq sorğu iştirakçıları arasında bu müharibəyə görə kimin məsuliyyət daşıması məsələsində fikir ayrılığı yoxdur.

Respondentlərin 73 faizi müharibəyə görə Rusiyanı məsul bilir, 54 faiz isə hesab edir ki, sülhə Avropa İttifaqı, ABŞ və Ukrayna yox, məhz Rusiya ən böyük maneədir.

Xəbər verilir ki, sözü gedən sorğu aprelin sonlarından mayın ortalarınadək Avropanın Almaniya, Rumıniya və İsveç də daxil 10 ölkəsində 8172 nəfər arasında internet üzərindən aparılıb.

The Washington Post qəzeti yazır ki, hesabat müəllifləri – İvan KrastevMark Leonardın firkincə ictimai rəy Avropanın Ukrayna siyasətini təsirləndirə bilər.

Hesabatda deyilir:

“Nəticələr göstərir ki, Avropada ictimai rəy dəyişməkdədir və bu mənada ağır günlər hələ irəlidədir. Avropalılar habelə mümkün nüvə eskalasiyasından narahatdırlar. Əgər Rusiya üzərinə sanksiyaların nəticə vermədiyinə dair hisslər güclənsə, onda müharibənin tezliklə qurtarmasını və Rusiyanın məğlubiyyəti ilə qurtarmasını istəyənlər arasında fərq də arta bilər”.

Putinə qarşı sanksiyaların əks-təsiri

Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda iqtisadiyyatlar koronavirus pandemiyasının təsirlərindən yenicə dirçəlirdi.

Avropa İttifaqı Rusiyanın Ukraynadakı iddia olunan hərbi cinayətlərinə dair məlumatlar çoxaldıqca Rusiya üzərinə sanksiyalarını gücləndirib.

Münaqişənin Ukraynanın şərqində Donbas uğrunda döyüşlərlə daha da qızışması müəyyən suallar doğrurur.

Enerji və ərzaq qiymətlərinin qalxmaqda davam etməsi, ölkələrin Ukraynaya dəstəyi davam etdirmək üçün siyasi iradəsini təsirləndirə bilər.

Ötən bazar günü ABŞ prezidenti Co Bayden ABŞ-da benzin qiymətlərinin qalxmasının Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı olduğunu deyib.

Ötən ay Avropa ölkələri də Rusiya nefti üzərinə müəyyən istisna ilə embarqo qoymaq qərarı qəbul ediblər.

Avropa Parlamentinin millət vəkillərindən Sara Matyö deyib ki, Qərbin Rusiya iqtisadiyyatına qoyduğu sanksiyalar Avropa vətəndaşlarını, onların həyatlarını, işlərini və pul kisələrini birbaşa təsdirləndirəcək.

Millət vəkili ölkə başçılarını vətəndaşları qiymət artımından, yoxsulluqdan müdafiə etmək üçün tədbirlərin görülməsinə çağırırb.

XS
SM
MD
LG