Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Bloomberg: Şolts da Putini hirsləndirmək istəmir


Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts (Arxiv fotosu)
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts (Arxiv fotosu)

Almaniya kansleri Rusiyanın Gazprom şirkətinin Almaniya filialı Gazprom Germania şirkətinin tam milliləşdirilməsi ideyasından imtina edib

Almaniya kansleri Olaf Şolts Rusiyanın Gazprom şirkətinin Almaniya filialı Gazprom Germania şirkətinin tam milliləşdirilməsi ideyasından imtina edib.

Bu barədə öz mənbələrinə istinadən Bloomberg yazır.

Bloomberg saytının mənbələri bildiriblər ki, kanslerin fikrincə belə bir addım Rusiya prezidenti Vladimir Putini qəzəbləndirə, Rusiya qazının Almaniyaya nəqlinin dayandırılması ilə nəticələnə bilər.

Agentlik yazır ki, Gazprom Germania şirkətinin tam milliləşdirilməsini Almaniyanın iqtisadiyyat naziri Robert Habek istəyirdi.

Almaniya hökuməti sanksiyalar siyahısına salınmış şirkəti uzunmüddətli idarəçiliyinə götürüb.

Aprelin 4-dən bu şirkətə Almaniyanın federal şəbəkə agentliyi BnetzA rəhbərlik edir.

Bundan başqa Reuters və Der Spiegel məcmuəsinin məlumatına görə Almaniya hökuməti Gazprom Germania şirkətini mümkün müflişləşmədən qorumaq üçün böyük məbləğdə istiqraz buraxmaq niyyətindədir.

Söhbətin 9-10 milyard avrodan getdiyi xəbər verilir.

Şirkəti xilas etmək planı

Bu plana əsasən Almaniyanın dövlət KfW Group bankı kredit ayıracaq. Daha sonra bu kredit yeni hamilik formasının nəzarətində birbaşa paya çevrilə bilər.

Hamilik forması sentyabradək uzadılacaq, vaxtı bitəndə isə şirkətin adı Gazprom Germania GmbH yox, artıq Securing Energy for Europe GmbH olacaq.

Gazprom Germania şirkətinin Almaniyada böyük qaz terminalı, London və Sinqapurda filialları olan qlobal ticarət komandası var.

Rusiyanın Gazprom şirkəti aprelin 1-dən Gazprom Germania şirkətində və onun bütün aktivlərində fəaliyyətini dayandırıb.

Üstəlik Rusiya mayın 11-dən Gazprom-un xaricdəki keçmiş törəmə firmalarına sanksiyalar elan edib.

O vaxt Robert Habek bəyan etmişdi ki, Rusiya şirkətinin bu törəmələrinə qaz verilməsi dayandırılıb.

Bloomberg yazır ki, Gazprom Germania şirkətinin idarəçiliyi hamilər şurasına verildikdən sonra onun bir çox müştəriləri üz çeviriblər və şirkət müflişləşmə təhlükəsi ilə üzləşib.

Bu isə Gazprom Energy adı ilə ticarət edən Almaniya və Britaniya alıcılarını çökdürə bilər.

Almaniya kansleri Olaf Şolts onsuz da ölkə daxilində və xaricində Rusiya təcavüzünə qarşı vuruşan Ukraynaya könülsüz dəstək verməkdə ittiham olunur.

Bundan başqa Fransa prezindeti Emmanuel Makron da Ukraynanı danışqılara getməyə və Rusiyanı "alçaltmamağa" çağırmışdı.

XS
SM
MD
LG