Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:44

Avropa İttifaqı öz sanksiyalarına necə əməl edir?


Macarıstanda Rusiyaya qarşı sanksiyaların əleyhinə plakat
Macarıstanda Rusiyaya qarşı sanksiyaların əleyhinə plakat

Xəbər verilir ki, son səkkiz ay ərzində Avropa İttifaqı Rusiyadan idxal olunan qazın üçdə ikisi qədərinə əvəz tapıb

Avropa İttifaqı Rusiyadan qaz asılılığını gözlənildiyindən daha tez azaldır.

Xəbər verilir ki, son səkkiz ay ərzində Avropa İttifaqı Rusiyadan idxal olunan qazın üçdə ikisi qədərinə əvəz tapıb.

Bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen oktyabrın 19-da Avropa Parlamentində etdiyi çıxışında verib.

Onun sözlərinə görə hələ 8 ay əvvəl Aİ rəhbərliyi Rusiya qazından imtina üçün 7 il vaxt lazım gələcəyini bildirirdi.

O deyib ki, Avropa İttifaqı təbii qaz üçün başqa mənbələrə keçidi sürətləndirə bilib.

Bununla belə Rusiyanın Kommersant qəzeti yazır ki, geosiyasi fikir ixtilafına baxmayaraq Rusiyadan Avropaya qazın ixracı artmaqdadır.

Avropa Komissiyasının nümayəndəsi Tim Makfi deyib ki, Aİ 2022-ci ilin 9 ayı ərzində Rusiya maye qazının idxalını 50 faiz artıraraq 15 milyard kubmetrə çatdırıb.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Rusiyanın nefti, uranı

The New York Times oktyabrın 19-da yazıb ki, Avropa İttifaqı Ukraynaya görə Rusiya ilə iqtisadi əlaqələrini kəssə də, bəzi ittifaq üzvləri Rusiya ilə idxal münasibətlərinin saxlanması üçün lobbiçilik edirlər.

Məsələn, Belçika Rusiya almazı ilə ticarəti davam etdirir, Yunanıstan isə Rusiya neftini daşıyan gəmiçilik şirkətlərini embarqodan azad edib.

Fransa, Macarıstan, Slovakiya və Finlandiya öz atom elektrik stansiyaları üçün Rusiya uranının idxalını davam etdirirlər.

Kiyev Avropa ölkələri üçün Rusiya sanksiyalarından istisnalar verilməsini tənqid edir.

Avropa İttifaqı Ukraynaya qarşı təcavüzünə görə Rusiyaya qarşı sanksiyaların 8-ci paketini qəbul edib. Rusiya qazına embarqo bu paketlərə daxil deyil.

Bununla belə Rusiya Avropanın bəzi ölkələrinə qazın nəqlini dayandırıb.

Türkiyənin xüsusi mövqeyi

Aİ üzvləri Moskvanı qazdan siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırırlar. Rusiya bu ittihamları rədd edir.

Avropada qazın qiyməti müharibə və pandemiyaya görə ötən illə müqayisədə 10 dəfə artıb.

Bu yaxınlarda Avropa Komissiyası Avropada enerji böhranı ilə bağlı tədbirlər paketi təklif edib.

Bu təkliflərə görə Aİ ölkələri ehtiyac olduğu zaman öz aralarında qaz paylaşımı etməlidirlər.

Oktyabrın 19-da Türkiyə prezidenti Recep Tayyip Ərdoğan deyib ki, Avropaya Rusiya qazının nəqli üçün Türkiyədə qovşaq yaradılacaq.

Türkiyədə qovşaq yaradılması ideyasını Ərdoğana Rusiya prezidenti Vladimir Putin təklif edib.

Bu ideyaya görə Rusiyanın sıradan çıxmış Şimal Axını 1 və Şimal Axını 2 kəmərlərinin əvəzinə qaz Qara dəniz üzərindən nəql olunmalıdır.

XS
SM
MD
LG