Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:53

Putin Ukraynadan ilhaq edilmiş ərazilərdə hərbi vəziyyət elan edir


Rusiya prezidenti Vladimir Putin Ukraynanın ilhaq olunmuş dörd vilayətində hərbi vəziyyət elan edib.

Bu regionların bir hissəsi Rusiya qüvvələrinin nəzarətindədir və bu arada Ukrayna silahlı qüvvələri ölkənin şərqində işğal olunmuş ərazilərin azad edilməsi üçün əks-hücum əməliyyatı keçirir.

Putin Təhlükəsizlik Şurasının oktyabrın 19-da onlayn formatda keçirilən müşavirəsində deyib ki, o Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edən fərman imzalayıb.

Bu vilayətlər Rusiya tərəfindən qanunsuz ilhaq edilib.

Putin hərbi vəziyyət üçün hansı tədbirlərin həyata keçirilməsini deməyib, amma bildirib ki, fərman oktyabrın 20-də gecəyarısı qüvvəyə minir.

Fərman hüquq-mühafizə orqanlarına təkliflərinin təqdim olunması üçün 3 gün vaxt verir.

Moskvanın təyin etdiyi administrasiya da evakuasiya olunur

Putinin bu bəyanatından əvvəl Xerson vilayətinin Moskva tərəfindən təyin edilmiş başçısı Ukraynanın əks-hücumuna görə bölgənin minlərlə sakininin təxliyə edildiyini bildirmişdi.

Vladimir Saldo oktyabrın 19-da deyib ki, son iki gün ərzində Xerson vilayətinin 5 min sakini evakuasiya edilib.

Saldo əlavə etmişdi ki, Dnepr çayının qərb sahilində yerləşən 4 şəhərdən 50-60 min mülki təxliyə ediləcək.

O bunu da demişdi ki, Xerson şəhərindən Rusiyanın təyin etdiyi işğal administrasiyası da evaksuasiya olunacaq.

Arıçılar tonlarla balı sata bilmirlər: 'Yarmarka bəs eləmir'
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Bu da hərbi cinayətdir

Dinc əhalinin işğal qüvvələri tərəfindən məcburi köçürülməsi və ya deportasiyası hərbi cinayət sayılır.

Saldonun bu bəyanatlarından əvvəl Ukraynadakı Rusiya işğal qüvvələrinin komandanı general Sergey Surovikin bildirmişdi ki, Ukraynanın cənubundakı Rusiya qoşunları çətinliklərlə üzləşib.

Lakin Kiyev oktyabrın 19-da Rusiyanı Xerson əhalisini “qorxutmaq” məqsədilə təbliğat “tamaşası” qurmaqda ittiham edib.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Xerson müdaxilənin ilk günlərində Rusiyanın işğal edə bildiyi yeganə böyük şəhərdir.

Lakin Ukrayna qüvvələri son həftələrdə bu vilayətin onlarca kəndini azad edib və cənuba doğru əks-hücumu davam etdirir.

Ukrayna qoşunları cəbhə xəttindən 30 kilometr irəliləməklə Rusiya qüvvələrini mühasirəyə düşmək təhlükəsi qarşısında qoyub.

Ukrayna deyir ki, Rusiya Kiyevi İran dronları ilə vurub
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

Putin xüsüsi şura yaradır

Rusiya prezidenti Vladimir Putin “təhlükəsizliyin artırılması işinin koordinasiyası məqsədilə xüsusi şura” yaradılmasına göstəriş verib.

Putin Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında bu şuraya rəhbərliyi baş nazir Mixail Mişustinə tapşırıb.

Bu şuranın tərkibinə baş nazirin müavinləri, güc nazirliklərinin, prezident administrasiyasının nümayəndələri daxil olmalıdırlar.

Gözlənildiyinə görə şura ölkənin bütün regionları arasında qarşılıqlı əlaqəni təmin etməlidir.

Putin bu şuranın yaradılması məqsədilə layihənin hazırlanması üçün hökumətə oktyabrın 20-dək vaxt verib.

XS
SM
MD
LG