Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:47
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

Polşa döyüş təyyarələrinin Ukraynaya verilməsinin mümkünlüyü ilə bağlı Vaşinqtonla Varşava arasında müzakirə aparılır

Ukraynaya məxsus MiG-29 təyyarəsi,12 iyul 2018
Ukraynaya məxsus MiG-29 təyyarəsi,12 iyul 2018

ABŞ-ın dövlət katibi Entoni Blinken Birləşmiş Ştatlarla Polşa arasında Polşa döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib. O, bunun əvəzində Varşavaya ABŞ qırıcılarının tədarükü imkanlarını müzakirə edilməsi barədə məlumatları də təsdiqləyib. Blinken bu fikirləri Moldovaya səfəri zamanı deyib:

"Mən heç bir şərt haqqında danışa bilmərəm, lakin biz bu məsələni çox fəal şəkildə nəzərdən keçiririk".

Dövlət katibi deyib ki, ABŞ digər NATO ölkələrinin Ukraynaya döyüş təyyarələri tədarük etməsinə etiraz etmir.

Bundan əvvəl NATO alyansı və Polşa nümayəndələri MiQ-29 və Su-25 də daxil olmaqla, Polşa döyüş təyyarələrinin Ukraynaya verilməyəcəyini bildirmişdilər. İlkin olaraq belə bir transferin mümkün ola biləcəyini deyən Avropa İttifaqı bunu maliyyələşdirməyəcəklərini açıqlamışdı.

"World Street Journal"-a görə, Polşa döyüş təyyarələrinin Ukraynaya verilməsi variantı hələ də istisna edilmir - təsvir edilən sxemdə isə bunun əvəzində Polşanın ABŞ-dan F-16 təyyarələri alacağını nəzərdə tutur.

Beynəlxaq “Sərhədsiz Həkimlər” təşkilatı: Xəstəxanalara, supermarketlərə və evlərə ziddi zərər dəyib

Martın 6-da Ukraynanın müxtəlif bölgələrində döyüşlər davam edib. Qostomel və Buçada humanitar dəhlizlərin təmin edilməsinin mümkün olmadığı bildirilir.

Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Oleksiy Kulebanın açıqlamalarına görə, Kiyevətrafı qəsəbələrdə şəhərə nəzarət uğrunda döyüşlər gedir.

Ukrayna daxili işlər nazirliyinin nümayəndəsi Vadim Denisenkonun dediyinə görə, bazar günü səhər saatlarında Kiyevin kənarındakı rayonlarda çoxlu rus hərbi texnikasının olduğunu bildirib. Denisenkonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının Xarkov vilayətindən Dnepropetrovsk vilayətinə keçməsinə imkan verməyib, Rusiyaın hərbi texnikaları vurulub.

Beynəlxaq “Sərhədsiz Həkimlər” təşkilatı Mariupolda yerli sakinlərin düşdüyü fəlakətli vəziyyət barədə məlumat yayıb.

Təşkilat nümayəndəsi Laurent Ligoza dedi: "Bizim əməkdaşlarımızdan aldığımız məlumatlara görə, onlar təşviş içərisində ağır hücumlar davam etdiyi və ərzaq ehtiyatları tükəndiyi üçün ümidsiz şəkildə özlərini qorumağa çalışırlar. Su, işıq, istilik yoxdur. Xəstəxanalar, supermarketlər və evlər ciddi zərər görüb”.

Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko isə Donetsk-Mariupol qaz kəmərinin zədələndiyini bildirib.

Putin Erdoğana: "Bizdə hər şey plana uyğun gedir"

ERdoğan və Putin, Soçi, 17 sentyabr 2018
ERdoğan və Putin, Soçi, 17 sentyabr 2018

Martın 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə mətbuatının məlumatına görə, danşıq bir saata yaxın davam edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Erdoğana Rusiyanın “xüsusi əməliyyatı”nın plan və qrafik üzrə getdiyini bildirib.

Putin həmçinin bildirib ki, “yalnız Kiyev hərbi əməliyyatları dayandırsa və Rusiyanın məlum tələblərini yerinə yetirərsə” bu, dayandırıla bilər. Erdoğan isə öz növbəsində Putini Ukraynada atəşkəs imzalamaq, mühasirəyə alınan şəhərlərdə humanitar dəhlizlər açmaq və sülh razılaşmasına nail olmaq üçün təcili addımlar atmağa çağırıb. Bundan əvvəl Ankara bəyan etmişdi ki, Kremlə qarşı beynəlxalq sanksiyalara qoşulmaq niyyətində deyil və “bu münaqişədə bitərəf tərəf olaraq qalmaq” istəyir.

Putin Makronla danışanda deyib ki, "Rusiyanın tələblərini qeyd-şərtsiz yerinə yetirməklə" Ukrayna tərəfi ilə dialoqu davam etdirməyə hazırdır

Makron (sağ) və Putin, berlin, arxiv foto
Makron (sağ) və Putin, berlin, arxiv foto

Bundan əvvəl isə Putin Fransa prezidenti Emmanuel Makronla da danışıb. O, “MAQATE-Rusiya-Ukrayna formatı çərçivəsində görüşün əleyhinə olmadığını deyib. Amma o bu görüşün Çernobılda yox, videokonfrans formatında və ya üçüncü ölkədə olnasını istəyib. Putin həmçinin "Rusiyanın tələblərini qeyd-şərtsiz yerinə yetirməklə" Ukrayna tərəfi ilə dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Rusiyadakı aksiyalarda saxlananların sayı 2500-ü keçib

OVD-info xəbər verir ki, martın 6-da Rusiyada müharibə əleyhinə keçirilən aksiyalarda artıq 2500-dən çox insan saxlanılıb. Ukraynada Kremlin apardığı müharibə əleyhinə Rusiyanın 49 şəhərində etiraz aksiyaları keçirilir.

Davamı

XS
SM
MD
LG