Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Yerevanda polis və etirazçılar toqquşub (VIDEO)


Yerevandan alınan xəbərlərdə deyilir ki, martın 9 -da Baqramyan prospektində keçirilən mitinqdə “Vətənin xilası” müxalif hərəkatının baş nazirliyə vahid namizədi Vazgen Manukyan etirazçıları Milli Məclisə gedən bütün yolları bağlamağa çağırıb.

Manukyan deyib ki, bu, deputatların parlament binasına daxil olmasının qarşısını almaq üçün edilməlidir.

Onun bu bəyanatından sonra polislə müxalifət tərəfdarları arasında toqquşma başlanıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, buna baxmayaraq mitinq iştirakçıları parlament binasına Demirçiyan küçəsindən girişi bağlaya biliblər.

Hərəkatın koordinatoru İşxan Saqatelyan deyib ki, onlar Milli Məclisin ərazisinə daxil olmaq niyyətində deyillər. O etirazçıları təxribata uymamağa çağırıb.

Manukyan: “Gərginliyi prezident yaradıb”

Mitinqdə gərginlik prezident Armen Sarkisyanın silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair fərmanı Konstitusiya Məhkəməsində mübahisələndirmədiyi məlum olandan sonra artıb.

Bundan əvvəl baş nazir Nikol Paşinyan baş qərargahı çevriliş cəhdində ittiham etmiş və Onik Qasparyanın vəzifəsindən çıxarılması barədə fərmanı prezident Armen Sarkisyana göndərmişdi.

Armen Sarkisyan fərmanı imzalmaqdan iki dəfə imtina etsə də, bu sənədə baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət etməyib.

Vazgen Manukyan deyib ki, gərginliyi məhz prezidentin hərəkətsizliyi yaradıb.

Müxalifət müvəqqəti hökumət istəyir

“Vətənin xilası” hərəkatının tərəfdarları artıq 10 gündür ki, Baqramyan prospektinin bir hissəsini bağlayıblar.

Bu hərəkata daxil olan partiyalar baş nazir Nikol Paşinyanı ölkənin Qarabağ Müharibəsində uğradığı məğlubiyyətə görə ittiham edirlər.

“Vətənin xilası” hərəkatı baş nazirin və hökumətin istefasını və Vazgen Manukyanın başçılığı ilə müvəqqəti hökumətin yaradılmasını tələb edir.

Vazgen Manukyan və onun partiyası növbəti seçkiyə qatılmayacağını vəd edib.

Nikol Paşinyan və onun komandası erkən seçki keçirilməsinə qarşı olmasa da, seçkisiz hər hansı hökumətin yaradılmasını istisna edirlər.

Müxalifət Nikol Paşinyanın baş nazirliyi şəraitində seçkiyə getməkdən imtina edir.

XS
SM
MD
LG