Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:23

Çin tədqiqatçıları yarasa viruslarını ‘təcrid ediblər’ – Qərb mediası


Yarasa
Yarasa

Çinin hökumət tədqiqatçıları ölümcül yarasa koronavirusları daxil olmaqla, 2 mindən artıq heyvan virusunu təcrid ediblər. Onlar COVID-19 pandemiyasının episentri sayılan vəhşi heyvan bazarından üç mil kənarda viruslar üzərində elmi iş aparıblar. Bu haqda “The Washington Times” qəzetində Bill Gertz yazır.

Son aylar Çinin dövlət mediası sözügedən virus tədqiqatından söz açır, özəlliklə, Vuhandakı əsas tədqiqatçı Tian Junhua-nı tərifləyirdilər.

Çindən əlavə informasiya tələb olunacaq

Hazırda dünyada yüzminlərlə insanın yoluxduğu koronavirusun yarasalardan mutasiya etdiyi, Vuhanda vəhşi heyvan bazarında heyvanlara və adamlara keçdiyi güman edilir. Amma virusun dəqiq mənbəyi bir sirr olaraq qalmaqdadır.

Qəzet yazır ki, Çinin yarasa virusları üzərindəki araşdırmasıyla bağlı xəbərlərdən sonra Pekinə çağırışlar artacaq, bu işlə bağlı daha çox informasiya istəniləcək.

“Bu, bəşəriyyət tarixində ən pis ört-basdırdır və dünya indi qlobal pandemiyayla üzləşib”, – ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı üzvü Michael T. McCaul ötən həftə deyirdi. O, Çinin pandemiyaya görə məsuliyyət daşımalı olduğunu vurğulayırdı.

Artıq Vuhanda və Hubey vilayətində həyat axarına düşməkdədir. Bu arada Britaniya mediası yazıb ki, Çində fəaliyyətini bərpa edən vəhşi heyvan bazarlarında yenə də yarasa, əqrəb satılır, elə bazardaca kiçik heyvanlar kəsilir.

Çin rəsmiləri pandemiya haqda informasiya açıqlanandan sonra özünün koronavirus nümunələrini ABŞ tədqiqatçılarına verməyib, üstəlik, beynəlxalq mütəxəssisləri də bir neçə həftə Vuhana buraxmayıb.

Yarasa virusları nə qədər çox tədqiq olunsa...

Çinin dövlət mediasının yazmasına görə, cənab Tian heyvanlardan nümunə götürərkən qoruyucu uniforma geyinməyib və yarasa sidiyi ilə təmasda olub. O, xəstəliyin qarşısını almaqdan ötrü özünü 14 günlüyə təcrid edib. Elə COVID-19-a yoluxmaqdan şübhəli sayılan şəxslər üçün də belə bir təcrid müddəti tövsiyə olunur.

“Yarasalarda xeyli sayda bəlli olmayan viruslar var. Yarasaları nə qədər geniş tədqiq etsək, bu, insan səhhəti üçün bir o qədər yaxşı olar”, – Tian deyib.

Tədqiqatçı gənələrdən, siçanlardan, eşşəkarısından da virusları toplayıb.

Bəzi ABŞ və beynəlxalq alimlərsə yeni virusun Çin laboratoriyalarında araşdırılması xəbərlərini rədd edirlər. Onların fikrincə, yeni virus təbii şəkildə insanlara keçib və sonradan insanlar arasında yayılmağa başlayıb.

Bəzilərinin fikrincə isə, virusun Çin laboratoriyasında tədqiq olunmasına, oradan ya yoluxmuş işçi, ya da laboratoriya heyvanı vasitəsilə kənara çıxmasına dəlillər artır.

Rutgers Universitetinin professor Richard Ebright deyir ki, pandemiyaya səbəb olmuş koronavirus Vuhan Virusologiya İnstitutunun 2013-cü ildə kəşf etdiyi yarasa virusuna 96,2 faiz bənzəyir. Onun sözlərinə görə, virus heyvandan insana keçə, yaxud laboratoriyadan da kənara çıxa bilərdi.

“Yarasa koronovirusları Çinin müxtəlif yerlərində toplanaraq laboratoriyalarda tədqiq olunur... Bu səbəbdən, ilk insan yoluxması laboratoriya qəzası da ola bilərdi”, – o, qəzetə deyib.

İndiyədək dünyada COVID-19 pandemiyasından 37 min 820 nəfər vəfat edib. 786 min nəfər virusa yoluxub.

XS
SM
MD
LG