Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

«Yalan danışdığına görə Merkel Putin-ə inanmır» - Mətbuat icmalı


-

Qərb Rusiyaya imkan verməməlidir ki, humanitar yardım adı ilə Ukraynaya təcavüz etsin. Merkel Putinə daha inanmır,çünki Putin ona dalbadal yalan danışır. Erdogan baş nazirliyə zəif adamı qoysa, problemi yaranacaq.

Qərb mediası bu gün nədən yazır?

Washington Post qəzeti baş məqaləsində yazır ki, Qərb Rusiyanın Ukraynaya “humanitar” təcavüzünə qarşı çıxmalıdır. Rusiya Ukranya təcavüzün yeni formasını tapıb. Bu da humanitar əməliyyatdır. ABŞ prezidenti Obama və Qərb liderləri həyəcan təbili çalır. Xəbərdarlıq edirlər ki, bu, yolverilməzdir, bunun Rusiya üçün əlavə nəticələri olacaq. Digər tərəfdən, Ukrayna prezidenti Petro Poroshenko Qızıl Xaç Təşkilatının rəhbərliyi altında və qeyri-hərbi yardım əməliyyatına razılaşıb.

Bunların Rusiya prezidenti Putinin qarşısını ala biləcəyi aydın deyil. Ancaq qəzet hesab edir ki, Qərb Rusiya hərbçilərinin Ukraynaya keçməyə başlamasına hazır olmalıdır.

Qəzet onu da yazır ki. Obama Poroshenkoya zəng edərək mülki əhali arasında tələfata yol verməmək üçün Ukrayna ordusunun apardığı hərbi əməliyyatda ehtiyatlı və təmkinli olmağa çağırıb. Şərqi Ukraynada dağıntı çox olduqca Putinin yardım bəhanəsi ilə təcavüzünün ehtimalı artır.

MERKEL PUTİNƏ DAHA İNANMIR

Financial Times qəzetində Quentin Peel yazır ki, Almaniya kansleri Merkel Putinə inamını birdəfəlik itirib. Rəsmilərin dediyinə görə, buna səbəb Putinin dalbadal Merkelə yalan danışmağı olub. Rusiyanın Ukrayna işlərinə cəlb olunmağı və separtaçılara dəstək verib-verməməyi barədə Putinlə Merkel telefonla 30 dəfədən çox danışıblar.

Peel yazır ki, Merkel üçün etimad, inam çox vacibdir.

Putin Sovet Dövründə Almaniya Demokratik Respublikasında KQB agenti olub. O əmin idi ki, Almaniyanı və onun indiki kansleri Merkeli yaxşı anlayır. Ancaq Putin Ukrayna məsələsində Merkelin davranışığını əvvəlcədən düzgün hesablaya bilmədi.

Hərçənd Merkel Rusiyaya aydın şəkildə göstərir ki, Ukraynada Puitin güzəştə getməlidir ya da sanskiyalarla üzləşəcək.

Almaniyada son rəy sorğusuna görə almanların 37 faizi Almaniyanın beynəlxalq böhranların həllində daha çox rol oynamasını, 60 faiz isə az rol oynamasını istəyir.

Putin başa düşür ki, Almaniya Ukraynanın müdafiəsinə qoşun yeritməyəcək. Ancaq bu o demək deyil ki, Almaniya heç nə etməyəcək.

BAŞ NAZİR KİM OLACAQ?

Erdogan zəif adamı baş nazir qoysa, problemi yaranacaq. Sinan Ulgen Financial Times qəzetində yazır ki, prezident seçilən Erdogan prezidentliyinin birinci ilində fikrini daxili siyasətdə cəmləyəcək. Buna görə o, baş nazir vəzifəsinə özünə loyal, üzüyola adamı qoymaq istərdi. Zəif baş nazir isə partiyanın nüfuzunu aşağı salacaq. Bu da seçkilərə və sonda Erdoganın ambisiyalarına mənfi təsir edəcək. Partiya rəhbərliyi populyarlığını itirəndə isə partiyanın daxilində parçalanma başlanacaq.

Türkiyədə gələn ilki parlament seçkiləri indiki prezident seçkiləri kimi mühümdür. Erdoganın kimi baş nazir seçməsi həmin seçkilərdə hakim partiyanın hansı nəticə göstərməsinə təsir edəcək. Həmin parlament seçkiləri Türkiyənin getdiyi yolu və Erdoganın siyasi gücünü təyin edəcək. Sinan Ulgen hesab edir ki, Erdogan və hakim partiya üçün ən yaxşı seçim məsələn, Abdullah Güldür. Hərçənd onun Erdoganla fikir ayrılıqları var.

MƏŞHUR AKTYOR ROBİN WILLIAMS ÖZÜNÜ ÖLDÜRÜB?

Hollivudun məşhur aktyoru, Oscar mükafatı qalibi Robin Williams San Fransiskoda öz evində ölü tapılıb. Onun 63 yaşı var idi.

New York Times qəzetinin yazdığına görə, polis şübhələnir ki, o, özünü öldürüb. Williams haqda yazıların müəllifi olan Mara Buxbaum deyir ki, o, son vaxtlar çox sərt depressiya ilə mübarizə aparırdı.

Onun xanımı Susan Schneider deyib ki, “mən ərimi və ən yaxşı dostumu itirdim. Dünya sevimli aktyorunu və gözəl insanı itirdi”.

XS
SM
MD
LG