Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:39

İkinci Putin? - Mətbuat icmalı


Soçi görüşü nəticəsiz qaldı. Qarabağ probleminin həllində yaxın vaxtlarda beynəlxalq aləmin əməkdaşlığına ümid etmək olmaz. Xalq tərəfindən birbaşa seçilən Erdogan getdikcə Putinə çevrilə bilər.

Dünya mediası Soçi görüşünü və Erdoğanın siyasi gələcəyini necə görür?

AZƏRBAYCAN SƏRT DANIŞIR

“Dağlıq Qarabağ münaqişəsi qızışır, Azərbaycan sərt danışır”-bunu Reid Standish Foreign Policy məcmuəsində yazır.

Müəllif yazır ki, Azərbaycan Ermənistan iqtisadiyyatını dağıtmaq üçün səssiscə silah yarışına başlayıb.

2004-cü ildən bəri Azərbaycan hərbi xərcləri 493 faiz artırıb və 2013-cü ildə 3 milyard 440 milyon dollara çatdırıb.

Ermənistan 2004-cü ildən bu yana hərbi xərcləri 115 faiz artırıb və keçən il hərbə 427 milyon dollar xərcləyib.

Azərbaycan kimi təbii sərvəti olmayan Ermənistan müdafiə üçün üzünü Rusiyaya tutdu. Rusiya isə əvəzində Ermənistanda böyük hərbi baza istədi.

Müəllif yazır ki, ABŞ və Rusiya Dağlıq Qarabağda son gərginlikdən sonra sakitliyə çağırsalar da ABŞ-Rusiya münasibətləri hazırda son illərdə ən aşağı səviyyədədir. Ona görə yaxın gələcəkdə Qarabağ probleminin həllində beynəlxalq aləmin əməkdaşlığı gözlənilmir.

PUTİN HANSI “KOLLEQALAR”DAN DANIŞIR?

Alexander Kolyandr Wall Street Journal qəzetindəki məqaləsində vurğulyaır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ancaq Dağlıq Qarabağ və ətrafındakı ərazilər errməni əsgərlərinin və etnik ermənilərin yerli qoşunlarının nəzarətindədir.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soşidəki görüşü barədə müəllif yazır ki, problemi həll etmək üçün heç bir əməli addım elan olunmadı.

Putinin dedikləri bir qədər maraq doğurur ki, “məsələ hər 3 prezident tərəfindən və sonradan “bizm kolleqalarla” müzakirə olunmalıdır.”

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da görüşdən sonra bildirib ki, “münaqişənin həllinin prakiti tərəfləri hələ razılaşdırılmayıb”.

SÜLH YARADAN RUSİYA?

Moscow Times qəzetində Alexei Druzhinin yazır ki, Soçidəki 3-tərəfli görüşün Ukrayna böhranına görə Rusiyanın imicinin pisləşdiyi vaxta düşməsi təsadüfi deyil.

Putin belə bir görüş keçirməklə Rusiyanın gərginliyi azaltmağa və böhranı həll etməyə qadir olduğunu göstərmək istəyir.

Moskvadakı siyasi texnologiyalar Mərkəzinin direktor müavini Alexei Makarkin deyir ki, Ukrayna böhranı olmadan da Rusiya Dağlıq Qarabağda əsas oyunçulardan biridir. Markinin fikrincə, Putin doğrudan da böhranı həll etməyə cəhd edir.

İKİNCİ PUTİN?

Times qəzeti yazır ki, parlamentdə deyil, ilk dəfə xalqın birbaşa səsverməsi ilə ölkə prezidenti seçilən Erdogan 2003-cü ildən bəri - baş nazir olduğu vaxtda milyonlarla adam kasıblıqdan azad olub. Pulsuz səhiyyə xidməti təklif edən yeni xəstəxanalar tikilib. 2010-cu ildə iqtisadi artım hətta 9 faizə çatmışdı. Erdogan ordunu yerinə oturtdu, birinci dövlət xadimi oldu ki, kürd azlığı ilə danışıqlar apardı.

Bütün bunlar Türkiyənin ərəb dünyası üçün modelə çevirir.

Ancaq narahatlıq keçmişlə yox, gələcəklə bağlıdır. Erdogan hansı istiqamətdə gedəcək? O birbaşa seçki ilə seçildiyinə görə, hakimiyyət səlahiyyətlərini genişləndirməyə başlaycaq. Erdoganın getdikcə avtoritarlaşan davranışı əminliyə təminat vermir. Qəzet yazır ki, Erdogan putinizmə yuvarlana bilər. Erdogan Putinsayağı prezidentə çevrilə bilər. Times yazır ki, ikinci Putinsiz də Yaxın Şərqin problemləri başından aşır. Dünyaya da ikinci Putin lazım deyil.

Bir çoxlarının fikrincə, dünyada “bir Putin də artıq çoxdur.”

XS
SM
MD
LG