Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:26

ABŞ Dövlət Departamenti: Əvəz Zeynallını azad edin!


ABŞ Dövlət Departametinin sözçüsü Jen Psaki
ABŞ Dövlət Departametinin sözçüsü Jen Psaki
Aprelin 29-da ABŞ Dövlət Departametninin gündəlik birinfiqi Azərbaycanda mətbuat azadlıqlarının boğulmasına dair bəyanatla başlayıb.

Amerikanın Səsinin verdiyi məlumata görə ilk olaraq Dövlət Departametinin sözçüsü Jen Psaki həbs olunmuş Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının məsələsinə diqqət çəkib.

“Cənab Zeynallı 2013-cü il, 12 martda rüşvət ittihamları ilə doqquz il həbsə məhkum edilib,” deyə xanım Psaki məlumat verib.

ABŞ rəsmisinin sözlərinə görə cənab Əvəz Zeynallının jurnalist fəaliyyəti hökumət orqanlarında korrupsiyanın ifşa olunmasına, insan haqları və mətbuat azadlığının işıqlandırılmasına yönəlib. Daha sonra Jen Psaki qeyri-hökumət təşkilatlarının cənab Zeynallını “siyasi məhbus” hesab etdiklərini bildirib.

“Biz Azərbaycan hökumətini azad və plüralist mediaya hörmət etməyə və Əvəz Zeyanllını azadlığa buraxmağa səsləyirik,” - deyə Dövlət Departametninin sözçüsü bəyan edib.

Son bir neçə gündə ABŞ Dövlət Departametni Azərbaycanda vüsət alan siyasi basqılarla bağlı bir neçə bəyanatla çıxış edib.

Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.

O hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunur.

Gülər Əhmədovanın özü isə bu ilin fevralında dələduzluq və başqasının külli miqdarda əmlakını mənimsəmək, habelə ağır cinayəti gizlətmək ittihamı ilə həbs edilib.
XS
SM
MD
LG