Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:33

Əvəz Zeynallı jurnalistlərin məhkəməyə dəvət olunmasını istədi


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Avqustun 30-da Nərimanov rayon Məhkəməsində «Xural» qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiası əsasında proses keçirilib.

Məhkəməyə səbəb 2011-ci ilin sentyabrında MŞ-nın 5 şikayət əsasında «Xural» qəzetinin adını «reket qəzetlər» siyahısına salması olub.

Ə.Zeynallı qəzetin adının qara siyahıya salınmasını siyasi sifariş kimi qiymətləndirib.

Ə.Zeynallı MŞ üzvü olmadıqları üçün bu qurumun qəzet barəsində hər-hansı qərar qəbul etməsini absurd adlandırıb.

Məhkəmədə hakim tərəflərə barışıq təklif edib. Mətbuat Şurasının nümayəndəsi Müşfiq Ələsgərli müəyyən şərtlər əsasında barışığa getməyin mümkünlüyünü deyib.

Ə.Zeynallı da qəzetin adının qara siyahıdan çıxarıldığı halda barışığa hər-hansı problem qalmayacağını nəzərə çatdırıb.

Ə.Zeynallı bir sıra mətbu və informasiya orqanları rəhbərlərinin məhkəməyə şahid qismində dəvət olunmasını istəyib. O, şikayətlərə səbəb olan məqalələrin müstəqil ekspertlər tərəfindən araşdırılmasını da tələb edib.

Proses sentyabrın 2-də davam edəcək.

Ə.Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan baş redaktor külli miqdarda rüşvətalma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. O, özü isə ittihamı qəbul etmir.
XS
SM
MD
LG