Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:41

Gənclər «Qanun»a dəstək oldular [Video]


Gənclər «Qanun»a dəstək oldular
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
-
Martın 15-də «Dalğa» Gənclər Hərəkatı «Qanun» nəşriyyatına dəstək flaşmobu keçirib.

Gənclər aksiyanı Vergilər Nazirliyinin önündə planlaşdırsalar da, polis buna imkanı verməyib.

Fəallar nazirliyin qarşısındakı Hüseyn Cavid parkında kütləvi kitab oxumaqla nəşriyyata öz həmrəyliklərini bildiriblər.

Hərəkat sədri Hacı Zeynallı:

«Biz belə bir flaşmob keçirməklə nəşriyyatın müdafiəsinə qalxdıq. Kitabı sıxışdıranlara qarşı çıxdıq, parkda kütləvi kitab oxuduq. Kitabın bir bəşəri dəyər olduğunu səsləndirdik».

Daha sonra hərəkat üzvləri «Qanun» nəşriyyatına yollanıblar.

Vergi yoxlamaları nəticəsində 150 min manat cərimə edilən «Qanun» nəşriyyatına qarşı Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.
XS
SM
MD
LG