Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:45

Ziyalılar nəşriyyatın müdafiəsinə qalxıb prezidentə müraciət etdilər - Video


Şahbaz Xuduoğlu: 150 min manat "Qanun"a kəsilən ölüm hökmüdür
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Şahbaz Xuduoğlu: 150 min manat "Qanun"a kəsilən ölüm hökmüdür

-
Azərbaycan Yazıçılar Birliyində “Qanun” nəşriyyatının 150 min manat cərimələnməsi ilə bağlı məsələ müzakirə edildi.

Müzakirənin təşəbbüskarı, yazıçı Çingiz Abdullayev bildirib ki,nəşriyyatları bağlamaq yox, əksinə onların işinə daha yaxşı şərait yaratmaq lazımdır:

"Sovet hakimiyyəti dönəmində Bakıda 114 kitab mağazası olub, indi isə cəmi 7 mağaza var, Azərbaycanın bütün rayonlarında isə cəmi 4 kitab mağazası var, bizim qonşumuz kasıb Gürcüstanda isə 78 kitab mağazası var. Bunu bilərək indi nəşriyyatı bağlayırıq. Biz yazıçılar əminik ki, ölkədə nə qədər çox nəşriyyat olsa, Azərbaycan yazıçıları üçün bir o qədər yaxşı olar".

Daha sonra Çingiz Abdullayev bildirib ki, “Qanun”a qarşı belə münasibətin davam edəcəyinə inanmır. O deyib ki, iki dəfə seçkilərdə prezident İlham Əliyevin vəkili olub, onu dəstəkləyib və indi Şahbaz Xuduoğlunun siyasi mövqeyini deyil, nəşriyyatını dəstəkləyir, yazıçıları, ədəbiyyatı dəstəkləyir.

Daha sonra "Qanun"un direktoru Şahbaz Xuduoğlu çıxış edib, o indiki halda “Qanun” nəşriyyatına dəstək göstərən bütün yazarlara, tərcüməçilərə təşəkkürünü bildirib. Deyib ki, “Qanun” nəşriyyatı hər gün yeni bir kitab çap edir, bununla da yazıçıları, söz adamlarını dəstəkləyir:

"Bu, söz adamlarının nəşriyyatıdır. İndi bizim tərcüməçilərin, müəlliflərin hər birinə borcumuz var. Belə halda Vergilər Nazirliyinin yazarları istintaqa cəlb edib “Sən bu kitabı tərcümə etmisənmi, bundan pul almısanmı” deyə soruşması düzgün bir şey deyil, axı bir dövləti, milləti ilk olaraq onun yazıçıları yaradır, yazıçıya qarşı belə münasibət necə ola bilər?"

Deputat Fazil Mustafa bildirib ki, bu gün ölkədə ədəbiyyatı, kitabı ölməyə qoymayan ziyalılar var. "Qanun" nəşriyyatı da bunun üçün çalışır. Vergi yolu ilə, zorla bir nəşriyyatı sıradan çıxartmaq qəbuledilməzdir: "Biz bu yolda “Qanun” nəşriyyatına əlimizdən gələn köməyi əsirgəməyəcəyik".

Sonda “Azərbaycan ziyalılarının, yazıçılarının, şairlərinin, tərcüməçilərinin, redaktorlarının, kitab yaradıcılığı, istehsalı və satışı ilə məşğul olan digər şəxslərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciəti” qəbul edilib.

Tədbirə "Əli və Nino" mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli də qatılıb.
Fazil Mustafa (ortada), filosof Niyazi Mehdi (solda)
Fazil Mustafa (ortada), filosof Niyazi Mehdi (solda)
XS
SM
MD
LG