Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

"Qanun" nəşriyyatına 150 minlik cəza


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
-

Vergilər Nazirliyi apardığı vergi yoxlamalarının nəticəsi olaraq "Qanun" nəşriyyatını 150 min manat məbləğində cərimə edib.

Nazirliyin vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin istintaq idarəsində cinayət işi başlanıb.

Bu barədə musavat.com-a nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu xəbər verib.

Onun dediyinə görə, eyni zamanda bu gün 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi hakimi Elçin Məmmədov "Qanun" nəşriyyatının iddasını təmin etməmək barədə qərar çıxarıb.

Fevral ayının 1-də 20 nəfərdən ibarət Vergi əməkdaşları nəşriyyata daxil olub sənədləri və kompüterləri zor gücünə müsadirə ediblər və hələ də geri qaytarmayıblar.

Ş.Xuduoğlu əlavə edib ki, nəşriyyat rəhbərliyi əvvəlcə Apellyasiya Məhkəməsinə, daha sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək məruz qaldığı haqsızlığa görə ədalət arayacaq.

Musavat.com
XS
SM
MD
LG