Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:39

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
21:11 19.2.2014
Sevastopolda NATO gəmilərinin limana yaxınlaşmasına etiraz aksiyası
Sevastopolda NATO gəmilərinin limana yaxınlaşmasına etiraz aksiyası


Ukrayna və Rusiya

Kiyevdə qanlı toqquşmalar baç verdiyi bir zamanda Ukraynada rus reparatçıları fəallaşmağa başlayıb. Ukraynanın tərkibində olan Krım yarımadasına Rusiyanın xüsusi iddiası var. Buradakı Sevastopol limanında Rusiyanın hərbi dəniz bazası var, Rusiya millətçiləri isə yarımadanın vaxtilə Rusiyaya məxsus olduğu faktına istinad edib tez-tez "tarixi torpaqların qaytarılması" tələbini irəli sürürlər. Ətraflı burada oxu
21:13 19.2.2014
22:24 19.2.2014
AVROMAYDANA "QUŞ UÇUŞUI" MƏSAFƏSİNDƏN BAXANDA

Fevralın 19-da tərəflərin mövqeyinə "Quş baxışı" məsafəsindən nəzər yetirin. Videodan görünür ki, Avromaydan ətrafındakı bəzi yerlərdə Berkut etirazçıların az qala başı üstündədir. Fevralın 19-da onların bütün səylərinə baxmayaraq Avromaydanı tam ələ keçirə bilmədilər.

Davamı

XS
SM
MD
LG