Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:45

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
13:50 18.2.2014

Grushevsky kuçəsində polislə Avromaydan tərəfdarlarının yeni toqquşmaları. Kiyev 18 fevral. 2014
Grushevsky kuçəsində polislə Avromaydan tərəfdarlarının yeni toqquşmaları. Kiyev 18 fevral. 2014

Paytaxt Kiyevdə bir neçə min etirazçı Azadlıq meydanından parıamentinə doğru yürüşə başlayıb.

Etirazçıların ön cərgəsində müxalif partiyalardan olan deputatlar durur.

“Dinc hücum” adlı yürüşə qatılanlar əllərində Ukrayna bayraqları və müxalif partiyalarının rəmzlərini daşıyan bayraqlar daşıyırlar. Ukrayna Ali Radasına doğru irəliləyən etirazçılar deputatlardan tələb edirlər ki, ölkəni siyasi və sosial böhrandan çıxarsınlar. Müxalifət 2004-cü il Konstitusiyasının geri qaytarılmasını və Avromeydandakı nümayişlərdə fəallara qarşı zorakılıq edənlərin cəzalandırılmasını tələb edirlər.

Eyni vaxtda Kiyevin Mariinski parkında hökumət tərəfdarları toplaşıblar. Avromaydan qarşı olan bu adamalrın ölkənin müxtəlif regionlarından gəldiyi bildirilir.
13:53 18.2.2014
14:25 18.2.2014
Ukrayna parlamenti bu gün yeni baş naziri təsdiq etməlidir. Fevralın 18-də yenidən fəal etirazlara başlayan müxalifətin tələbləri Ukraynanı 2004-cü ildə olduğu kimi parlament respublikasına qaytarmaq, bunun üçün ölkə konstitusiyasında müvafiq dəyişikliklərin edilməsdir. Prezident Yanukovych belə bir tələbin həyata keçrirlməsinə aylarla vaxt tələb olunduğunu deyir. Müxalifət liderləri bu fikirlə razı deyillər. Avromaydan liderləri ilə prezident arasında son həftələr gedən danışıqların əsas problemi də məhz bundan ibarətdir. Lakin müəyyən razılıqlar da əldə olunub. Fevralın 17-də hökumət ötən toqquşmalarda həbs olunan Avromaydan fəallarını azad edəndən sonra etirazçılar noyabrdan qərargah kimi istifadə etdikləri Kiyev şəhər bələdiyyəsinin binasını tərk ediblər.

Fevralın 18d-ə sosial şəbəkələrdə yayılan videoda Kiyevdə Parlamentə yürüş edənlərə yaşayış binalarının damından səs və qaz güllərləri atıldığı görünür.

Davamı

XS
SM
MD
LG