Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:27

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
14:31 22.2.2014
SPİKER İSTEFA VERDİ, MÜXALİFƏT ƏN GECİ MAYIN 25-Ə QƏDƏR YENİ PREZİDENT SEÇKİSİ TƏLƏB EDİR

Fevralın 22-də parlamentin iclasında spiker Volodymyr Rybak elan edib ki, səhhətinə görə vəzifəsindən istefa verir.

İclasda müxalifət lideri Vitali Klitschko deputatları aksiyaçılara qarşı gücdən istifadə etdiyi üçün prezident Viktor Yanukovych-in dərhal istefaya çağırılması barədə bəyannamə qəbul etməsini tələb edib.

Klitschko deyib ki, Yanukovych paytaxtı tərk edib və hazırda hakimiyyətdə yeganə legitim orqan parlamentdir: "Ona görə parlament Yanukovych-i hakimiyyətdən kənarlaşdırıb mayın 25-dən gec olmayaraq yeni prezident seçkisi təyin etməlidir."


Yanukovych-in iqamətgahı mühafizəsiz qalıb
Ukrayna prezidenti Viktor Yanukovych fevralın 22-də paytaxt Kiyevi tərk edəndən sonra onun Mezhyhiriya şəxsi iqamətgahı mühafizəsiz qalıb. İqamətgahdan görüntülər.
04:48 22.2.2014
ABŞ Yanukovych-in Xarkov-a getdiyini bildirir

ABŞ Dövlət Departamenti deyir ki, Ukrayna prezidenti Viktor Yanukovych Kiyevi tərk edərək "görüş keçirmək üçün" ölkənin şərqindəki Xarkov şəhərinə yollanıb.

Xarkov prezidentin tərəfdarlarının ən çox olduğu şəhərlərdəndir.

Bundan az əvvəl radikal mövqeli müxalifət qüvvələri Yanukovych-ə fevralın 22-sinə (Bakı vaxtilə 12 00-a qədər) vaxt veriblər ki, istefaya getsin.

Əks halda prezident sarayına hücum edəcəkləri barədə xəbərdarlıq ediblər.

Müxalifətin radikal qanadı hökumətlə müxalifət arasında imzalanan və dekabrda növbədənkənar seçkilərin keçirilməsini nəzərdə tutan razılaşmanı rədd ediblər. Bunun xeyli uzun müddət olduğunu deyiblər.

Müstəqillik Meydanında qarşıdurmada həlak olan müxalifət fəalları ilə vida mərasimindən görüntülər:
«Maydan» öz qəhrəmanları ilə vidalaşır
Gözlə

No media source currently available

0:00 0:07:16 0:00
00:17 22.2.2014
Ağ Ev hesab edir ki, Ukraynada razılaşma pozulsa, yeni zorakılıq baş verə bilər

Ağ evin sözçüsü Jay Carney Ukraynada müxalifətlə hökumət arasında imzalanmış razılaşmaya münasibət bildirib.

O bildirib ki, indi ABŞ bütün diqqətini avropalı tərəfdaşları, eləcə də Ukrayna hökuməti, müxalifəti ilə birgə çalışaraq razılaşmanın həyata keçirilməsinə yönəldib.

Carney deyib ki, son zorakılıqlara görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi mümkünlüyü gündəmdən çıxmayıb. Xüsusən də əgər imzalanmış razılaşma pozularsa və yenidən zorakılıq baş verərsə.

Xəbər verildiyi kimi, Rusiyanın nümayəndəsi sözügedən razılaşmaya etiraz edib.

Ağ evin sözçüsü isə deyir ki, əslində Ukraynanın - Kiyevdə, yaxud başqa yerlərdə - zorakılıq girdabına yuvarlanmaması Rusiyanın da mənafeyinə uyğundur. Sabitliyə qayıdış Ukrayna xalqının iradəsini əks etdirir.
Klichko Maydana hesabat verir
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
23:31 21.2.2014

Kiyevdəki qanlı hadisələri beynəlxalq təhqiqat qrupu araşdıracaq

Bunu müxalifət liderlərindən olan Arseniy Yatsenyuk deyib. "Heç kəs ədalət mühakiməsindən qaça bilməyəcək. Dinc insanları öldürənlər cəzasına çatacaqlar" - deyə o qeyd edib.

Jurnalistlər ona prezident Yanukovych-lə əldə edilmiş razılaşma barədə də sual veriblər. Soruşublar ki, bu razılaşma Yanukovych-in vəzifədən gedəndən sonra məsuliyyətə cəlb olunmayacağına təminat verirmi?

Yatsenyuk bu suala belə cavab verib:

"İmzalanan sənəddə hazırkı prezidentin məsuliyyətə cəlb edilməyəcəyinə təminat verən maddə yoxdur, ola da bilməz".

Davamı

XS
SM
MD
LG