Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:00

Vaqif Səmədoğlu: «Ayıb olsun ona!»


Səməd Vurğun
Səməd Vurğun
-

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun xalq şairi Səməd Vurğunun ünvanına söylədiyi təhqirlər cavabsız qalmıyıb. Xalq şairinin oğlu Vaqif Səmədoğlu Publika.Az vasitəsi ilə qarşı tərəfin cavabını verib.

“Ayıb olsun ona. Bu təhqir əslində onun özünə qayıdır. Mən belə bir insana nə cavab verim, sadəcə deyirəm ki, ayıb olsun sənə. Bu adam prezident olmaq arzusu ilə yaşayır və özünə səs toplamaq üçün bilmir ki, hansı vasitələrə əl atsın. Amma unutmasın ki, bu sözlərə görə burdan 3 səs qazanacaqsa, digər yerdən 15 səs itirəcək.”

Qeyd edək ki, Sərdar Cəlaloğlu öz müsahibəsində belə deyib: "Həmişə xalqını, dövlətini sevən insanlar onun düşməni kimi qələmə verilib. Bu gün mən o vəziyyətdəyəm. Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib".
XS
SM
MD
LG