Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Vladimir Putin - 63.75% [VİDEO]


Moskva. Manejnaya meydanı. 4 mart. Putin tərəfdarlarının mitinqində baş nazirin qələbəsi qeyd olunur.
Moskva. Manejnaya meydanı. 4 mart. Putin tərəfdarlarının mitinqində baş nazirin qələbəsi qeyd olunur.
MEDVEDEVDƏN GEDƏRAYAQ TAPŞIRIQ

Medvedev 32 məhkumla bağlı hökmü araşdırmağı tapşırıb

Rusiya prezidenti Dmitri Medvedev «Tapşırıqlar siyahısı» imzalayıb.

Prezident baş prokurora tapşırıb ki, aprelin 1-dək Rusiyanın 32 vətəndaşı barədə «məhkəmə hökmünün qanuniliyi və əsaslandırılması» araşdırılsın. Həmin 32 məhkum arasında Mixail Xodorkovski, Platon LebedevAleksey Piçuqin də var.

Bu sənəd fevralın 20-də qeydiyyatdan keçməyən partiyalarla görüşün nəticəsi olaraq imzalanıb.

***
Rusiyada keçirilən seçkilərin qalibi Vladimir Putindir.

Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov rəsmən bəyan edib.

Bülletenlərin 99 faizi sayılıb. Putin səslərin 63.75 faizini alıb.

Gennadi Zyuqanov 17.19, Mixail Proxorov 7.82, Vladimir Jirinovski 6.23 və Sergey Mironov 3.85 faiz səs alıblar.

SON RƏSMİ NƏTİCƏLƏR

Martın 4-də keçirilmiş prezident seçkisinin elan olunan ilkin nəticələrinə görə Baş nazir Vladimir Putin 65 %-ə yaxın səslə qalibdir.

Komissiyanın elan etdiyi ilkin rəsmi nəticələr belədir:

Vladimir Putin - 65%
Gennady Zyuganov - 17%
Mikhail Prokhorov - 7%
Vladimir Zhirinovsky - 7%
Sergey Mironiv - 6 %.

Seçkidə ikinci sırada göstərilən Rusiya kommunistlərinin lideri artıq indiki ilkin nəticələri qeyri-legitim adlandırıb və bildirib ki, bu seçki Putinin xeyrinə saxtalaşdırılıb.

Vladimir Putinin sözçüsü bildirir ki, rəqiblərindən ikisi - Vladimir Zhirinovsky və Sergey Mironiv Baş naziri prezident seçkisində qələbəsi münasibətilə təbrik edib. Sözçü deyib ki, Mikhail Prokhorov da Putinlə danışıb, amma onların söhbətlərinin məzmunu açıqlanmır.

Təhlilçilərin Putinin adamı adlandırdıqları milyarder Mikhail Prokhorov da deyir ki, elan olunan ilkin rəsmi nəticələrə çox ciddi şübhələr var.

Rusiyada çoxlarının real müxalifət hesab etdikləri liderlərin əksəriyyəti isə ümumiyyətlə seçkiyə buraxılmayıblar. Onlar bu seçkinin nəticələrinin legitim olmadığını deyərək etirazlara başlanacağını bildirirlər.

Bu gün axşam - seçkinin ilkin rəsmi nəticələri elan edildikdən sonra isə Vladimir Putinin tərəfdarları 100 min nəfərlik mitinq keçiriblər. Hazırkı prezident Dmitry Medvedevin də qatıldığı mitinqdə Putin "təmiz qələbə" qazandığını deyib.

İLKİN NƏTİCƏLƏR

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Churov elan edib ki, artıq protokolların 14.5 faizi sayılıb və ilkin nəticələr belədir:

V.Putin - 61.81%
G.Zyuganov - 17.82%
V.Zhirinovsky - 8.01%
M.Proxorov - 7.58%
S. Mironov - 3.67%


EXİT-POLLA GÖRƏ QALİB PUTİNDİR

Rusiyada "İctimai rəy“ adlı qurumun keçirdiyi exit-poll-a görə Rusiyada martın 4-də keçirilən prezident seçkisinin qalibi Baş nazir Vlaidmir Putindir. Bu exit-poll-a görə seçkinin nəticələri aşağıdakı kimidir:

V.Putin - 59,3%
G.Zyuganov - 18,2%
V.Zhirinovsky - 7,4%
S. Mironov - 4,3%
M.Proxorov - 9,6%

Bu barədə AzadlıqRadiosunun rus xidməti məlumat verir.

MSK isə Sibir və Uzaq Şərqdə keçirilmiş seçkinin nəticəsini açıqlayıb. Həmin nəticələrə görə də Putin 61,8 faiz səslə birinci yerdədir. Amma bu regionlardan gələn protokollar hələlik ümumi protokolların cəmi 10 faizidir.

RƏSMİLƏR SEÇİCİLƏRİN 60 FAİZİNİN SƏS VERDİYİNİ DEYİRLƏR

Son məlumata görə, Rusiyada keçirilən prezident seçkisində 56 faizdən artıq seçici iştirak edib.


Manejnayada Putinçilərin mitinqi

Moskvada Putin tərəfdarlarının mitinqi
Bir sıra regionlarda artıq səsvermə başa çatıb və səslərin hesablanması gedir.

Səsvermələr zamanı insanların mütəşəkkil şəkildə seçki məntəqələrinə gətirilməsi, təkrar səsvermələr və seçicilərin ələ alınması da daxil olmaqla qanun pozuntularına yol verildiyi bildirilir.

Hüquqşünas və korrupsiyadan yazan blogger Aleksey Navalnıy Seçkiləri müstəqil müşahidə mərkəzində jurnalistlərə açqlamasında hakimiyyəti seçkini saxtalaşdırmaqda- fırıldaqçılıqda ittiham edib.

Müxlifət liderlərindən biri Mixail Kasyanov isə Moskvada jurnalistlərə açıqlamasında
deyib ki, hər şey bu gecə bəlli olacaq və sabah ölkədə yeni etiraz dalğası gözlənilir.

18.27 - MSK SEÇİCİLƏRİN 47 FAZİNİN SƏS VERDİYİNİ ELAN EDİR

Son məlumata görə, Rusiyada keçirilən prezident seçkisində 47 faizdən artıq seçici iştirak edib.

MSK bunun 2008-ci ildəkindən çox olduğunu deyir.

Həmin vaxt seçkidə 43 faiz seçici iştirak etmişdi.

Səsvermələr zamanı insanların mütəşəkkil şəkildə seçki məntəqələrinə gətirilməsi, təkrar səsvermələr və seçicilərin ələ alınması da daxil olmaqla qanun pozuntularına yol verildiyi bildirilir.

17.09 - MSK-ya ŞİKAYƏTLƏR GƏLİR

Rusiyada keçirilən prezident seçkisində qanun pozuntuları olduğu bildirilir.

İnsanların mütəşəkkil şəkildə seçki məntəqələrinə gətirilməsi, təkrar səsvermələr və seçicilərin ələ alınması barədə məlumatlar gəlir.

Mərkəzi Seçki Komissiyasına 60-dan çox şikayət daxil olub.

Tulada isə gənclər “Vətəndaş-müşahidəci” adlı yerli qrupa hücum ediblər.

Hadisə onlar məntəqələrdən birində pozuntunun qarşısını almağa cəhd gəstərərkən baş verib.

14.52 - RUSİYANIN UZAQ ŞƏRQ DAİRƏLƏRİNDƏ SƏSVERMƏ BAŞA ÇATIB, FƏALLIĞIN 50 FAİZ OLDUĞU DEYİLİR

Rusiyada keçirilən prezident seçkisində Moskva vaxtı ilə saat 13-dək artıq 30 faiz seçici iştirak edib.

Mərkəzi Seçki Komissiyası seçicilərin əvvəlki seçkilərlə müqayisədə daha fəal olduqlarını deyir.

Artıq Kamçatkada səsvermələr başa çatıb və seçkidə 50 faizdən artıq seçici iştirak edib.

Həmçinin Çukotka, Maqadan vilayəti və Kuril adalarında səsvermələr yekunlaşıb.

Seçkinin gedişini beynəlxalq təşkilatlar, yerli partiyalar, kütləvi informasiya vasitələri, vətəndaş fəalları və hüquq müdafiəçiləri də daxil olmaqla xeyli müşahidəçi izləyir.

İnsanların seçki məntəqələrinə gətirilməsi və bir neçə dəfə səs vermə də daxil olmaqla
pozuntular olduğu xəbər verilir.

12.41 - BİR DƏFƏDƏN ARTIQ SƏS VERƏN SEÇİCİLƏR QRUPU HAQDA XƏBƏRLƏR YAYILIR

Rəsmi məlumata görə, Moskva vaxtı ilə saat 10-da seçicilərin 12 faizi səs verib.
Müşahidəçilər və hüquq müdafiəçiləri bildirilər ki, səsvermə zamanı pozuntular qeydə Karusel

Karusel

Rusiyada prezident seçkilərində Karusel fırıldağı

alınıb. Baykal Hüquq Müdafiə Mərkəzi bildirib ki, seçki məntəqələrində hərbçilər və müəssisə əməkdaşlarının bir dəfədən artıq səs verdiyi müşahidə edilib.
AzadlıqRadiosunun əməkdaşı Ekaterinburqdan xəbər verir ki, Rusiya Kommunist Partiyasının nümayəndələri bir avtobus adam saxlayıblar, onlar bir dəfədən artıq səs verdiklərindən şübhələnilib. Qanun pozuntuları barədə siyasətçi və fəallar «Twitter» sosial şəbəkədə də məlumatlar yayırlar.

MARTIN 4-ü RUSİYA PREZİDENT SEÇKİSİ KEÇİRİLİR

Rusiyada prezident seçkilərində səsvermə başlanıb.

Yakutiya və Amur vilayətində də məntəqələr açılıb.

Bundan əvvəl Uşaq Şərq seçiciləri səs verib.

İlk dəfə olaraq məntəqələrin çoxunda veb kameralar quraşdırılıb.

Veb kameralar vasitəsilə səsvermənin gedişini canlı izləmək mümkündür.

Namizədlərdən biri, Mixail Proxorov da artıq Krasnoyarsk vilayətində səs verib.

Qalan namizədlər paytaxt Moskvada səs verəcəklər.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov deyib ki, seçkinin ilk dəqiqələrində seçki məntəqələrində yaranan növbələr "çox maraqlı nəticələr gözləməyə əsas verir". ("İnterfaks")

Azadlıq Radiosunun Rusiya xidməti xəbər verir ki, hələ ki müşahidəçilərdən səsvermə zamanı qanun pozuntularının baş verməsi barədə məlumat daxil olmayıb.

Seçkidə təhlükəsizliyin qorunmasına 380 min polis cəlb edilib.

Seçkidə 5 namizəd mübarizə aparır: hakimiyyətin namizədi Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, "Ədalətli Rusiya"dan Sergey Mironov və milyarder Mixail Proxorov.

Sağçı müxalifətin 2 namizədi - "Yabloko" Partiyasından Qriqori Yavlinski və yazıçı Eduard Limonov seçkiyə buraxılmayıb.
XS
SM
MD
LG