Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Kreml Putini sekslə satır


Putinin ordusu qızların çəkdiyi videodan kadr
Putinin ordusu qızların çəkdiyi videodan kadr
-

“Qorxuram, həkim, istəyirəm seçimim sevgi əsasında olsun.” Bunu deyən gənc qıza həkimin də cavabı budu ki, qorxmasın, birinci dəfə hamı qorxur. İlk baxışdan yaşı 18-dən yuxarı olanlar üçün film süjetinə bənzəyən bu klip Rusiyada prezident seçkisində istifadə olunan təbliğat çarxıdır.

Süjetin ardında da həkim yanındakı qıza üz qabığında Baş nazir Vladimir Putinin şəkli olan “Time” jurnalını işarə edir. Deyir ki, inam sevgidir.

Bunun da ardınca qız qalxıb özünü şən halda seçki məntəqəsinə çatdırır.

Bu, Kreml yönümlü “Naşi” gənclər təşkilatının martın 4-də keçiriləcək prezident seçkisi üçün çəkdiyi seksual məzmunlu təbliğat kliplərindən biridir:


Keçən il də özlərini Putinin Ordusu adlandıran qızlar Putinə sevgi yolunda paltarlarını cırmışdılar. Daha bir dəfə də qızlar birlikdə Putin üçün şokolad hazırlamışdılar. Onlar Putinə dəstək üçün maşın da yumuşdular.

Bu cür təbliğat Rusiyada macəraçıları da həvəsə salıb. Cavan oğlanlardan biri kamera ilə küçəyə çıxaraq Putin kimi geyinən birinin əlini sıxıb, sonra da həmin əli ilə 1000 qızın döşlərini sığallamağa çalışıb. Qızlardan kimi bun razılaşıb, kimisi də rədd edib.

“Putin üçün qızlar” adlı musiqili videoda isə niyəsə ifaçı Putindən ötrü darıxır və onun iti olmaq istəyir:


Putinin menecerləri görünür, kampaniyalarını gənclərə, şəhərdə böyümüş gənc peşəkarlara ünvanlayırlar. Bu gənc peşəkarlar Putinə dəstək zümrəsinin tam özülünü təşkil edir. Amma indi onlar daha çox siyasi hüquqlar tələb edirlər. Ona görə hazırda həmin təbəqə Rusiya müxalifətinin də əsas hədəfidir.

Rusiyada gənc nəsil vecsizdir. 2007-ci ilin parlament seçkisinin nəticəsinə görə ölkədə 18-24 yaşlı gənclərin yalnız hər beş nəfərindən biri seçkiyə qatılıb. Aşağıdakı videoda isə gənc oğlanla qız eyni vaxtda seçki kabinəsinə girib qucaqlaşırlar. Mesaj da təkcə o deyil ki, hakim Vahid Rusiyaya səs vermək seksualdır, həm də ümumiyyətlə seçkiyə getmək seksualadır.


Belə reklamlar təkcə ortastatistik rusiyalıya ünvanlanmayıb. Bu kliplər RT telekanalı, getdikcə güclənən RuNet şəbəkəsi vasitəsilə yayılır.

Bu kliplər isə Obama Qızları videosunu kölgədə qoyur.
XS
SM
MD
LG