Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

Gürcüstanda 3 dəqiqəyə, Azərbaycanda 24 saata başa gələn iş...


Yük maşınları
Yük maşınları
-

«Türkiyədən plastik boru gətirmişik, amma Sumqayıt Baş Gömrük İdarəsində yükün sənədləşdirilməsi ilə bağlı problemlə üzləşmişik».

Sahibkar Ədalət Abbasovun dediyinə görə, yanvarın 21-də Türkiyədən gətirdikləri 5 maşın yükü heç cür sənədləşdirə bilmirlər. Elə həmin tarixdən də şəriki ilə Sumqayıtla Bakı arasında qalıblar.

GÖMRÜYÜN ŞÜBHƏSİ

Yanvarın 27-də hər iki sahibkar Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin qəbuluna yazılsa da, bu görüş baş tutmayıb. Onlara bildirilib ki, komitə sədri Bakı Dövlət Universitetində keçirilən tədbirdədir. Bir qədər sonra onları Komitənin digər səlahiyyətli nümayəndələri qəbul ediblər:

«Bizi Komitə sədrinin katibliyi qəbul etdi. Problemlərimizi dinlədi və söz verdi ki, həll edəcəyik».

Ədalət Abbasovun dediyinə görə, gömrükdə yaranan problem gətirdiklərin malın qiyməti ilə bağlıdır:

«Deyirlər ki, sizin gətirdiyiniz malın qiyməti çox ucuzdur. Bizdən də ucuz qiymətə rəsmiləşdirən var, amma biz malı ucuz qiymətə almışıq. İndi o malı rəsmiləşdirmək istəyirik. Malın qiymətinin ucuz olmasını bəhanə edib rəsmiləşdirmirlər. Yükün gömrük bəyannaməsini heç cür qeydiyyata sala bilmirik».

Sahibkar iddia edir ki, gömrükdə həmin malı daha baha qiymətə sənədləşdirmək istəyirlər ki, həmin qiymətə uyğun rüsum alsınlar.

HEÇ BİR ÖLKƏDƏ BU PROBLEMLƏRLƏ ÜZLƏŞMƏDİK...

Ədalət Abbasovla şərikinə məxsus yükü Türkiyədən gətirən 5 maşın isə yanvarın 21-dən Qaradağ rayonunun Lökbatan dairəsində dayanmaqdadır. Sürücülərin AzadlıqRadiosuna dediyinə görə, onlar bir günə yükü boşaldıb geri dönməli idilər. Amma 8-ci gündür ki, gözləyirlər.

Sürücülərlə yaxınlıqdakı kafelərdən birində görüşdük. Dediklərindən aydın oldu ki, indiyə qədər xeyli ölkələrə yük daşısalar da, heç birində belə problemlə üzləşməyiblər:

GÜRCÜSTANDA 3 DƏQİQƏYƏ, AZƏRBAYCANDA 24 SAATA

«Gürcüstanda 3 dəqiqəyə aparılan yoxlama Azərbaycanda 24 saata aparılır. Heç biz maşınlardan düşmürük. Sənədləri veririk. Qeydlər aparıb verirlər ki, gedin. Sənədləşmə işi çox uzun çəkir. Bir maşın 10-15 adamın əlindən keçir».

Türkiyəli sürücülər iddia edirlər ki, 400 dollara yaxın rüsum ödəyəndən sonra onlar 50 dollar da sərhəd-keçid məntəqəsində dayanan hərbçilərə verməli
Sürücülər deyir ki, indiyə qədər xeyli ölkələrə yük daşısalar da, heç birində belə problemlə üzləşməyiblər
Sürücülər deyir ki, indiyə qədər xeyli ölkələrə yük daşısalar da, heç birində belə problemlə üzləşməyiblər
olurlar:

- Mən əsgərə 50 dollar verdim.

- Niyə verdiniz o pulu? Buna görə sizə bir sənəd verildimi?

- Mən onu rüşvət kimi verdim.

- Gürcüstanda da belə hallarla üzləşdinizmi?

- Yox, Gürcüstanda yoxdur, sadəcə «Qırmızı körpü»də var.

- Bəs Türkiyədə necə?

- Türkiyədə də yoxdur.

«Qırmızı körpü» Gömrük keçid məntəqəsindən isə sürücülərin bu dediklərinə hər hansı reaksiya öyrənmək mümkün olmadı.

Türk sürücülər isə deyirlər ki, onlar 15 gün ərzində Azərbaycanı tərk etməsələr, cərimə olunacaqlar.

GÖMRÜK ARAŞDIRIB CAVAB VERİLƏCƏYİNİ DEYİR

Sumqayıt Baş Gömrük İdarəsindən isə AzadlıqRadiosuna deyiblər ki, onlar məsələ ilə bağlı araşdırma aparandan sonra məlumat verəcəklər.

Vasif Mövsümov
Vasif Mövsümov
Sahibkarlar dəfələrlə mətbuata bildiriblər ki, rüşvət vermədikləri üçün gömrükdə yükləri buraxılmır, sənədləşdirilmə yubanır. Gömrük rəsmiləri isə bu deyilənləri təkzib edirlər. Deyirlər ki, xaricdən gətirilən yüklə bağlı problemlər sənədlərin çatışmazlığına görədir.

GÖMRÜKDƏKİ PROBLEM İDXALDA İNHİSARLA BAĞLIDIR

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə hesab edir ki, sahibkarların üzləşdiyi bu problem idxaldakı inhisarla bağlıdır:

«Nə qədər ki, idxalda inhisarçılıq var, idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar həmişə gömrükdə problemlərlə üzləşəcəklər».

Bu sahədəki inhisarın birdən-birə aradan qaldırılmasını isə Vasif Mövsümov riskli məsələ sayır. Onun fikrincə, inhisarçılar çox böyük şəbəkəni əhatə etdiyindən, bu imkanlar onların əlindən tədricən alınmalıdır.
XS
SM
MD
LG