Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Eynulla Fətullayevin məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb


Jurnalist Eynulla Fətullayevin iyunun 23-nə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili İsaxan Aşurov məlumat verib.

Proses iş üzrə dövlət ittihamçısı Elçin Nağıyevin xahişi ilə təxirə salınb. Qaradağ rayon Məhkəməsindən vəkilə bildiriblər ki, Elçin Nağıyev hansısa kurslarda iştirak etməli olduğundan iclas təxirə salınır. Növbəti iclasın tarixi iyunun 25-də bəlli olacaq.

«Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 3 il əvvəl vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamları ilə 8 il yarım həbs cəzası alıb.

Avropa Məhkəməsinin çıxardığı qərara görə, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.

Hazırda Eynulla Fətullayevin narkotik saxlama ittihamı ilə məhkəməsi gedir, jurnalist bu ittihamı qurama hesab edir.
XS
SM
MD
LG