Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Azərbaycan parlamentdə soyqırımı söhbətləri


Ziyafət Əsgərov
Ziyafət Əsgərov
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Osmanlı imperiyası vaxtı erməni qırğınlarını «soyqırımı» kimi tanımaq barədə qanun layihəsi qəbul etməsinə Azərbaycan parlamentinin üzvləri narazılıqlarını bildiriblər. Milli Məclisin martın 5-də keçirilən toplantısında deputatlar qeyd ediblər ki, bu tək Türkiyəyə təzyiq yox, həm də Azərbaycanın mənafeyinə ziddir.

HÜQUQUN GÜCÜ, YOXSA GÜCÜN HÜQUQU?

Parlamentin vitse-spikeri Ziyafət Əsgərovun sözlərinə görə, bununla sübut olundu ki, dünyada hüququn gücü yox, gücün hüququ hökm sürür. Z.Əsgərovun fikrincə, bu həm də Qarabağ münaqişəsində beynəlxalq hüquqa bel bağlamalarının xəyal olduğunu göstərir. Vitse-spiker qeyd edib ki, ona görə də Azərbaycan, prezident İlham Əliyevin dediyi kimi, yalnız öz iqtisadiyyatına və öz ordusuna arxalanmalıdır:

- Əgər, Türkiyə keçmişinə görə cavab verməlidirsə, bəs Amerika dövləti qurulanda hinduların qırılmasına kim cavab verməlidir? Sonra İraqda, Əfqanıstanda, Xocalıda qırılanların hesabatını kim verməlidir?

SƏFİR GERİ ÇAĞIRILMALIDIR?

Parlamentdəki çıxışlarda bir sıra təkliflər də verilib. Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Azərbaycan Vaşinqtondan öz səfirini geri çağırmalıdır:

- Bunun əsası var. Ona görə ki, ABŞ uzun müddətdir ki, Azərbaycana səfir təyin etmir. Dövlətlərarası münasibətlərdə səfirin göndərilməməsi heç də yaxşı bir hal deyil.
Əli Əhmədov
Bu təzyiqdir və məqsəd ondan ibarətdir ki, Azərbaycan sərhədlər məsələsində niyə Türkiyəyə təzyiqlər edir?

YAP XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNİN MÖVQEYİNİ PİSLƏYİR

Parlamentin binasının foyesində isə millət vəkili Əli Əhmədov Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi layihəylə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyini açıqlayıb. YAP İcra katibi deyib ki, bu layihə tək Türkiyənin yox, Azərbaycanın da mənafeyinə ziddir:

- Bəyanatda qeyd etmişik ki, bu, sərhəd protokolları ilə bağlı Türkiyəyə edilən bir təzyiqdir. Türkiyə sərhədlərin açılmasını Azərbaycanın işğal edilən ərazilərinin boşaldılması ilə əlaqələndirdiyindən, deməli, bu Azərbaycanın da mənafeyinə ziddir.

Əli Əhmədov deyib ki, bu, ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının nə vasitəçilik missiyası ilə, nə də Azərbaycanla müttəfiqliklə bir araya sığır.

Azərbaycan hökuməti Xarici Əlaqələr Komitəsinin qərarını ermənipərəst sayır…

Arif Yunus
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, 1915-ci ildə baş verənləri konqresmenlər yox, tarixçilər təhlil etməlidir. Onun fikrincə, ABŞ konqresmenlərinin atdığı bu addım birtərəfli, ədalətsiz və ermənipərəstliyi ilə diqqət çəkir.

TÜRKİYƏNİN SON ADDIMLARI ABŞ-I QANE ETMİR


Konfliktoloq Arif Yunus isə layihənin bundan sonra həm Nümayəndələr Palatasında, həm də Senatda qəbul ediləcəyinə o qədər də inanmır. Onun fikrincə, heç bu məsələyə erməni lobbisinin müstəsna xidmətləri kimi də baxmaq lazım deyil. Yunusun ehtimallarına görə, ABŞ sadəcə bununla Türkiyəyə bəzi mesajlarını çatdırmaq istəyir:

- Yəni söhbət ondan gedir ki, Türkiyənin son addımları ABŞ-ı qane etmir. Bu, xüsusilə İranla bağlıdır. Ona görə də erməni kartından istifadə edilir.

Arif Yunus deyir ki, hər şey Türkiyənin sonrakı davranışlarından və Nümayəndələr Palatası ilə ABŞ hökumətinin tutacağı mövqedən asılıdır. O, 2007-ci ildə olduğu kimi bu «soyqırımı» layihəsinin yenidən gündəlikdən çıxarılacağını da istisna etmir.
XS
SM
MD
LG