Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:54

Türk yazarları «soyqırımı» layihəsinin Konqresdəki müzakirəsi haqqında


ABŞ Konqresi, 23 yanvar 2007
ABŞ Konqresi, 23 yanvar 2007
Gungor Mengi («Vatan»)

«GO HOME» TƏHLÜKƏSİ VAR

Mart və aprel ayları erməni soyqırımı iddiaları ilə bağlı təzyiq mövsümüdür. Bax, yenə qarnımız ağrıyır. ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi iki gündən sonra «erməni soyqırımı» qərar layihəsinə səs vermək üçün toplanacaq.

Dünən Ankara layihənin gündəliyə daxil edilməsinə dair qərarı təəssüflə qarşıladığını bəyan etdi. Vaşinqtonun dəstəyi ilə imzalanan protokollar, iddiaları araşdıracaq olan müştərək tarixçilər komissiyası yaradılmasından sonra soyqırımı kabusunu tədavüldən çıxarmağı nəzərdə tuturdu. Ancaq Ermənistan Konstitusiya Məhkəməsi protokolları 1915-ci hadisələrini soyqırımı kimi qəbul etdirmə istiqamətindəki cəhdlərin davam etdirilməsi şərti ilə təsdiq etdi. Təbii ki, bu qərar iddiaları araşdırmaq üçün yaradılması nəzərdə tutulan tarix komissiyasını doğulmamışdan öldürdü.

İndi ABŞ iqtidarı erməni tərəfinin sənədlə əldə edilmiş razılığı rədd edən bu mövqeyinə baxmayaraq soyqırımı layihəsini qanuniləşdirərmi?

TARİXÇİNİN XƏBƏRDARLIĞI

Erməni diasporunun ciddi-cəhdləri bezginlik yaratmaq üçündür. Ancaq Amerikan siyasətçiləri üzərindəki erməni seçicilərinin cazibə gücü tarixi və gündəlik həqiqətləri unutdurmaqdadır. Soyqırımı həmləsinin uğur qazanmasının qabağı indiyə qədər «Türkiyəni itirəcəyik» xəbərdarlığı ilə prezident tərəfindən son dəqiqədə edilən müdaxilələr nəticəsində alınmışdır. Əslində böhtan kampaniyasının hədəfinə çatmasından sonra Türkiyədən ərazi və təzminat tələb ediləcəyinə dair narahatlıqlara əsas yoxdur. Çünki bu məsələdə Türkiyəni məhkum edəcək olan bir məhkəmənin dünyada olmadığını hamı bilir.

Ancaq soyqırımı, heç bir millətin qəbul etmək istəmədiyi bir bəşəriyyət suçudur. Bir də ki, türk milləti sadəcə öz qüruru üçün yox, atalarının belə bir böhtanı haqq etmədiklərini bilərək suçlamanı rədd etməkdədir.

Məşhur amerikalı tarixçi Justin McCarthy-nin bir çıxışını bu sözlərlə bitirdiyini xatırlayıram:

Zaman baş nazir Ərdoğandan «One minute»in intiqamını almaq zamanı deyil
«Sizə «Qəbul edin və xilas olun. Əslində bunun əvəzində bir şey də verməyəcəksiniz» -deyəcəklər. Belə bir alverə qətiyyən razı olmayın. Çünki atalarınız onlara aid edilən suça yol verməmişdir».

İNTİQAM VAXTI DEYİL


Diasporun siyasət və media üzərindəki təzyiq gücü yeni bir imtahan qarşısındadır. Onların məqsədi nəyin bahasına olursa-olsun qalib gəlməkdir.

Amerikanın CBS televiziyasının «60 dəqiqə» proqramında göstərilən və deyilən şeylər bu təbliğat müharibəsində insaf və əxlaq sərhədinin olmadığını isbatlayır. CBS Suriyadakı bir yeri 450 min erməninin toplu qəbri kimi göstərdi. Sürgünün 95-ci ilində belə bir kəşfin (!), özü də Konqresdəki qərar günləri ərəfəsində meydana çıxması ağıllı insanlara təhqir kimi qəbul edilməlidir.

Görək, bunun Konqresə təsiri necə olacaq?

Qərarı qəbul edənlərə yol göstərəcək olan dəyərlərin əxlaq, ədalət və həqiqətlər olmasını arzu edirik.

Zaman baş nazir Ərdoğandan «One minute»in intiqamını almaq zamanı deyildir. Yəhudi lobbisi ənənəvi mövqeyini dəyişdirməməlidir.

Vaşinqton protokollara yiyə durmalı, türk xalqının nəzərində düşmənçilik təsəvvürü yaratmamalıdır.

Soyqırımı layihəsi qəbul edilərsə, bunun türk xalqı üzərindəki təsiri əsgərlərimizin başına çuval keçirmə hadisəsindən daha dərin olar.

«Economist» jurnalının bununla bağlı proqnozu şişirmə deyildir.

Meydana çıxacaq olan milli reaksiyalar, hökumət istəməsə belə, amerikalıları İncirlikdən qovmağa məcbur edə bilər.
XS
SM
MD
LG