Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:36

«Ermənistan Qarabağı sərhədlərə dəyişməyə hazır deyil»


Yerevanda Protokollar əleyhinə etiraz aksiyası
Yerevanda Protokollar əleyhinə etiraz aksiyası
«Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması yönündə addımların cəmiyyətdə qəzəb doğuracağını əvvəlcədən görmək olardı. Bu etiraz ictimaiyyətin daxilindən gəlir, hakim elitadan yox».

AzadlıqRadiosunun dəyirmi masasında Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan belə deyib. O bildirib ki, «ermənilər Türkiyə-Ermənistan münasibətlərinə həssas yanaşır. Bu məsələdə ictimai fikir bölünür. Etirazlar həmişə rasional deyil. Bu proses barədə danışanda insanlar fərqli məsələlərə diqqət çəkirlər».

Aleksandr İskandaryan
«Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə ilə sərhədlərin açılmayacağına dair bəyanatlar verilir, buna münasibətiniz necədir» sualına cavabında İskandaryan deyib:

«Bunu etmək üçün 15 il gözləmək lazım deyildi. 1993-ü ildən başlayaraq həm ermənilərə, həm türklərə, həm də başqasına aydın idi ki, ermənilər Qarabağın əvəzində sərhədlərin açılmasını istəsə, bunu istənilən vaxt alacaqlar. Ermənistan hökuməti, elitası, ictimaiyyəti sərhədlərin açılması üçün bu addımı atmağa hazır deyil».

Ermənistanlı ekspert sərhədlərin açılmasına da toxunub:

«Sərhədlərin tezliklə açılması realdır. Bu ehtimal 100 faiz deyil, amma 0 faiz də deyil. Sərhədlərin tezliklə açılmaması da realdır. Onun da ehtimalı nə 100, nə də 0-dır.
Georgi Xutsişvili
Bu, yaxın günlərdə müəyyənləşəcək. Oktyabrın 20-də Türkiyənin Təhlükəsizlik Şurasının iclası keçiriləcək. 21-də isə protokollar parlamentə daxil olacaq. Təhlükəsizlik Şurası müvafiq qərar qəbul etsə və onlar çox istəsələr parlamentə təsir imkanları var. Protokollar Türkiyədə keçərsə, Ermənistanda da hazırkı iqtidar-müxalifət nisbətini nəzərə alsaq, bu, real olacaq».

Ermənistan-Türkiyə arasında sərhədlərin açılmasının Gürcüstan iqtisadiyyatına təsiri barədə danışan konfliktoloq Georgi Xutsişvili isə qeyd edib ki, bu, regional oyunçuların münasibətlərindən asılı olacaq:

«Sərhədlərin açılmasından sonra Gürcüstanın iqtisadi cəhətdən uduzmaması üçün obyektiv imkanlar var.
Leyla Əliyeva
Gürcüstan konstruktiv mövqe tutarsa və sərhədlərin açılması nəticəsində yeni iqtisadi proseslərə cəlb olunarsa, Gürcüstan qazana bilər».

Politoloq Leyla Əliyeva isə sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinə təsiri barədə bunları qeyd edib:

«Bu, Türkiyə və Ermənistanda, Qafqazdakı vəziyyətdən asılı olacaq. Sərhədlərin açılması ölkə rəhbərliyinin, cəmiyyətin liberal ya qapalı olmasından asılıdır. Bizim ölkələrdə liberallaşmağa böyük ehtiyac var. Bu, vəziyyətin liberallaşması ilə müşayiət olunarsa, onda prosesə təsir edə bilər»…

Müzakirəni burada dinləyə bilərsiniz
XS
SM
MD
LG