Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Futbol və sülh... və müharibə


Yerevanda Ermənistan-Türkiyə oyunu, 6 sentyabr 2008

Dünya iqtisadi böhranı qızışanda Britaniyanın baş naziri Braunla görüşdə Braziliya prezidenti Lulanın dediklərini bütün dünya eşitdi. Lula dedi ki, bu böhranı ağ adamlar yaradıb, qaralar, kasıblar yox.

Braunun bu konflikti necə yoluna qoyduğu isə kölgədə qaldı. Halbuki Braunun cavabı çoxlarına maraqlı ola bilərdi. Braun dedi ki, Braziliyaya futbolu gətirən dənizçi şotlandiyalı idi, onun özü isə futbol azarkeşliyinə 1982-ci ildə Braziliya yığmasının oyununu görəndən sonra başlayıb...

FUTBOL VƏ SÜLH

1914-cü il. Milad Günü. Birinci Dünya müharibəsində üz-üzə gəlmiş Almaniya və Britaniya qoşunları döyüşə ara veriblər. İki qoşunun arasında almanlarla ingilislərin futbol oyunu olub.

1938-ci il. Britaniya Almaniyanın hücumundan ehtiyat edir. Dostluq yaratmaq üçün Britaniya futbol yığması nasist Almaniyasının paytaxtı Berlinə gəlir.

Oyun 6-3 ingilislərin xeyrinə qurtardı.

Bu «yoldaşlıq görüşü» dünya müharibəsinin qabağını ala bilmədi.

1967-ci il. Nigeriyanın cənub-şərqində yerləşən Biafrada müharibə gedir. Pelenin oynadığı «Santos» komandası döyüş bölgəsinə gəlib.

Peleyə baxmaq üçün tərəflər atəşkəs elan elədilər.

«Santos» iki oyun oynayıb.

FUTBOL VƏ MÜHARİBƏ

1969-cu ildə futbola görə Mərkəzi Amerikanın iki ölkəsi arasında müharibə başlandı.

Hondurasla Salvador arasında 3 oyun oldu. Birinci oyunu Honduras udanda küçə nümayişləri başlandı.

Sonrakı iki oyunu Salvador udanda vəziyyət elə gərginləşdi ki, Salvador Hondurasa hücum elədi.

Minlərlə adam öldü, 100 min adam qaçqın düşdü.

1980
-ci il. Şimali Koreya ilə Cənubi Koreyanın futbol oyunu Şimali Koreyanın paytaxtı Pxenyandan Çinə - Şanxaya köçürüldü. Çünki Şimali Koreya oyundan qabaq Cənubi Koreya bayrağını qaldırmaqdan və Cənubi Koreya himnini səsləndirməkdən imtina etdi.
XS
SM
MD
LG