Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:33

Tehranda atəş səsləri eşidilir, etirazçılar arasında ölənlər var


100 minlərlə İranlı icazəsiz mitinq keçirir
100 minlərlə İranlı icazəsiz mitinq keçirir

XƏBƏRDARLIĞINA BAXMAYARAQ İCAZƏSİZ MİTİNQƏ 100 MİNLƏRLƏ ADAM QATILDI

Tehranda prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin 100 minlərlə tərəfdarı 12 iyun prezident seçkisinin nəticəsinə etiraz olaraq icazəsiz mitinq keçiriblər. Tehrandan verilən xəbərlərə görə, şəhərin şimal hissələrindən atəş səsləri eşidilir.


ETİRAZÇILARA ATƏŞ AÇILIB, AZI 1 NƏFƏR ÖLÜB

Frans Press agentliyi yerli fotomüxbiriə istinadən bildirir ki, Bəsic yarımhərbi könüllü təşkilatının qəragahı qarşısında açılan atəş nəticəsində bir etirazçı başından vurularaq həlak olub.

Asoşeyted Prees agentliyi isə xəbər verib ki, etirazçılar pncə İnqilab meydanına toplaşıb, sonra isə Azadlıq Meydanına yürüş eləyiblər. Burda isə təhlükəszlik qüvvələri etirazçıları meydana buraxmaq istəməyib. Toqquşmalar vaxtı Bəsic yaraqlılarının atəşi nəticəsində bir nəfər etirazçı həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.






POLİS AKSİYANI DAĞITMAQ ÜÇÜN BÜTÜN VASİTƏLƏRDƏN İSTİFADƏ ELƏYİR


Polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz qumbaralarından və dəyənəklərdən istifadə elədiyi bildirilir. İran təhlükəslzik qüvvələrinin xüsusi təyinatları da etirazın yatırılmasında iştirak eləyib. Röytersin xəbərinə görə təhlükəsizlik qüvvələrinin odlu silahdan istifadən sonra etirazçılar dağılmağa başlayıb.

Daha İranın Daxili İşlər nazirliyi bu aksiyanın qanunsuz olduğunu və dağıdılacağını bəyan eləmişdi.




İSLAHATÇILARIN DİGƏR NAMİZƏDİ - KƏRRUBİNİN TƏRƏFDARLARI DA DƏ MUSƏVİYƏ QOŞULUB


Bu günkü aksiyalarda İslahatçıların əsas namizədi Mir Hüseyn Musəvi seçkidən sonra ilk dəfə cammatın qarşısına çıxıb, seçkinin rəsmi nəticələriynən razılaşmadığını və təkrar seçkidə iştiraka hazır olduğunu bildirib.

Aksiyada islahatmıların digər namizədi - Mehdi Kərrubi və tərəfdarları da iştirak eləyib.



XS
SM
MD
LG