Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:29

Ziya Məmmədov: 'Açığı heç özüm də bilmirəm ki, nə olacaq...' [video]


Hakimiyyətdaxili klanların mübarizəsi qızışır?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Hakimiyyətdaxili klanların mübarizəsi qızışır? [video]

“Açığı heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq” – Ziya Məmmədovun bu açıqlaması iki nazirliyin birləşməsi haqda xəbərin özündən çox müzakirəyə səbəb olub.

Bir gün öncə fevralın 13-də Prezident İlham Əliyev Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsi haqda sərəncam verib. Ziya Məmmədov 15 ilin naziri idi.

Buna da bax:​ Ziya Məmmədovun nazirliyi bitdi

Onun istefa xəbərləri...

Onun istefaya göndəriləcəyi haqda hələ 2015-ci ilin iyunundan – I Avropa oyunlarından sonra mediada yazıların ardı-arası kəsilmirdi. Buna əsas verən səbəblər də az deyildi. Prezident əvvəlcə taksilərə lisenziya verilməsi səlahiyyətini, sonra sərnişindaşıma nəqliyyatını, daha sonra isə Dəmiryolları Səhmdar Cəmiyyətini Nəqliyyat nazirliyinin tabeliyindən alan sərəncamları verdi. Hətta İlham Əliyev müşavirələrindən birində nəqliyyatdakı problemlərdən danışıb, bu problemlərin həll olunmalı olduğunu bildirmişdi.

Nəqliyyat nazirliyinin önəmli səlahiyyətlərini itirməsindən başqa nazirin bacısı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edildi, onun qardaşı Elton Məmmədov 2015-ci ildə parlament seçkilərinə namizədliyini irəli sürmədi. Nazirin qardaşı oğlunun kafesində isə polis axtarış apardı.

Buna da bax:​ Yeni nazir Ramin Quluzadə kimdir?

Birləşmə qərarı sürpriz olmadı

Son iki ildə baş verən bütün bu hadisələrdən sonra iki nazirliyin birləşməsi haqda qərar çoxları üçün sürpriz olmadı. Hətta bir çox müşahidəçilər Nəqliyyat nazirliyinin ümumiyyətlə, yerli-dibli ləğvini gözləyirdilər.

Sizcə, nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən azad olunmasının ən əsas səbəbi nə idi? Sualı Bakı sakinləri cavablandırır:

Sizcə, Ziya Məmmədov nazir postundan niyə uzaqlaşdırıldı?
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Amma Ziya Məmmədovun başqa bir posta gətiriləcəyinə inananlar da var. Siyasi şərhçinin fikrincə, Ziya Məmmədovun səlahiyyətləri daralmışdı və o nazir postunda simvolik əyləşmişdi. Azər Rəşidoğlu düşünür ki, Ziya Məmmədov baş nazirin müavini, xarici ölkələrdən birinə səfir göndərilə və ya başqa bir posta təyin edilə bilər:

“Bu gün hakimiyyət hələ güclüdür, Ziya Məmmədov səsini çıxarmırsa, sabah o əlindəki maliyyə imkanlarından istifadə edərək, siyasi elitaya qarşı çıxa bilər. Bu baxımdan o nəzarətdə saxlanmalıdır. Nəzarətə saxlamağın da iki yolu var. Ya Əli İnsanov, Fərhad Əliyevin taleyini yaşamalı, ya da hansısa posta təyin olunmalıdır. Güman edirəm ki, onun hansısa postla mükafatlandırılması daha realdır”.

Buna da bax: Ziya Məmmədovun qohumu məhkəmədə nələr danışdı?

Azər Rəşidoğlu düşünür ki, indi üstünlük ölkənin ikinci hakim ailəsi kimi tanınan Paşayevlər qruplaşmasındadır. Onun ən böyük rəqibi isə şərti olaraq “Naxçıvan” qruplaşması adlandırılan Prezident administrasiyasının rəhbərliyi və onun ətrafıdır.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Siyasi şərhçi deyir ki, bundan başqa Fuad Ələsgərovun qruplaşması da var, Kəmaləddin Heydərovun da, onlar da bu iki böyük qrupun ətrafında var-gəl edirlər.

Azər Rəşidoğlu deyir ki, referendumdan sonra iki əsas qrup arasında mübarizə daha da güclənib. Kimin I vitse-prezident, kimlərin vitse-prezident müavinləri postu tutacağı çox önəmlidir.

Buna da bax:​ Ramiz Mehdiyev Mehriban Əliyevanı cüzi qabaqlayır

Azər Rəşidoğlu deyir ki, bu mübarizənin sonucu 2018-ci ilin prezident seçkilərindən sonra bəlli olacaq. Siyasi şərhçinin ehtimallarına görə indiki durumda I vitse-prezident postuna real namizəd Mehriban Əliyevadır. İkinci namizəd isə Bəylər Əyyubov ola bilər.

Azər Rəşidoğlu deyir ki, Naxçıvan klanına daxil Bəylər Əyyubov, Vasif Talıbov, Prezidentin köməkçisi Əli Həsənovun da mövqelərini də nəzərə almaq lazımdır. Amma klanlararası mübarizəni bir qədər səngitmək üçün vitse-prezidentin müavini postlarına hər klandan təmsilçi ola bilər.

Buna da bax:​ İndiki prezidentin atasındanqalma təcrübə [video]

Yeni nazir kimin adamıdır?

2010-cu ildə WikiLeaks saytı diplomatların gizli yazışmalarını açıqlamışdı. Həmin yazışmalarda həm birinci xanım Mehriban Əliyevanın qohumlarından, həm də Fövqəladə Halları Naziri Kəmaləddin Heydərovun ailəsindən bəhs olunur. Bu iki ailənin ölkədəki gücündən danışılır. Gizli sənədlərdə Mədəniyyət və turizm, Gənclər və İdman, Səhiyyə, habelə Təhsil Nazirliklərinin paşayevlərin nəzarətində olduğu qeyd olunurdu. Yeri gəlmişkən iki nazirliyin birləşdiyi - yeni Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin də Paşayevlərin adamı olduğunu düşünənlər var. Yeni nazir 2005-ci ildən, yəni 30 yaşından olanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunda işə başlayıb. 10 ildən sonra - 2015-ci ildə rabitə nazirliyinin rəhbərliyinə gətirilib.

XS
SM
MD
LG