Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:37

'Vətən budur' dedi, protokol yazıldı


Yuri Şevçukun Moskvada konserti, 2011-c il
Yuri Şevçukun Moskvada konserti, 2011-c il

Polis əməkdaşları əvvəlcə Şevçuku saxlamaq istəyiblər, sonra ona protokolu imzalatdırıb gediblər

Mayın 18-də Ufada konsertdən “DDT” rok-qrupunun lideri Yuri Şevçuk barəsində administrativ qanun pozuntusu ilə əlaqədar protokol tərtib olunub. Bu haqda sosial şəbəkələrdə prodüser Radmir Usayev məlumat yayıb.

Bir saat söhbət aparılıb

Onun sözlərinə görə, konsertdən dərhal sonra pərdə arxasında “güc strukturları əməkdaşları peyda olub”, onlar Şevçuku qrupdan təcrid ediblər. Qrim otağının girişində xüsusi təyinatlı geyimində iki əməkdaş dayanıb, müğənni ilə “konsertin keçirilməsi faktı, onun yönləndirilməsi, Şevçukun müharibə və vətən haqda dedikləri” ətrafında söhbət aparılıb.

Polis əməkdaşları əvvəlcə Şevçuku saxlamaq istəyiblər, sonra ona protokolu imzalatdırıb gediblər.

“Protokolun nə haqda olduğunu özünüz tapa bilərsiz”, – Usayev İstagram-da yazıb, başqa detal açıqlamayıb.

Musiqiçi özü hələlik, protokol haqda məlumatı şərh etməyib.

Vətən...

Mayın 18-də sosial şəbəkələrdə yayılmış videoda Şevçuk DDT-nin konsertində deyir: “Dostlar, vətən hər gün öpüb oxşamaq gərəkən prezident dalı deyil. Vətən – vağzalda kartof satan kasıb nənədir. Bax, vətən budur”.

Apreldə DDT-nin Tümendə konserti ləğv edilmişdi. Şevçuk onda deyirdi ki, bu, qrupun Z hərfi ilə çıxışdan imtinasıyla bağlı ola bilər. “Z” Rusiyanın Ukraynaya hücumuna dəstəyin simvoluna çevrilib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb və Qərbin sərt sanksiyaları ilə üzləşib.

Rusiyada keçirilən müxtəlif rəy sorğuları əhalinin əksəriyyətinin müharibəni dəstəklədiyini göstərir. Amma avtoritar ölkələrdə rəy sorğularının obyektivliyini şübhə altına alanlar da az deyil. İndiyədək Rusiyanın bir sıra tanınmış simaları, fəalları müharibəni pisləyib, bəziləri ölkədən gedib.

XS
SM
MD
LG