Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:35

Dini bayraqlar qapalı yerlərdən kənarda qadağan edilir?


Nardaranda Aşura mərasimi
Nardaranda Aşura mərasimi

Prezidentdən yeni – «dini məzmunlu» təkliflər

Azərbaycanın inzibati və cinayət qanunvericiliyinə din azadlığı ilə əlaqəli əlavələr ediləcəyi bildirilir.

APA İnformasiya Agentliyi Milli Məclisə istinadən xəbər verir ki, ölkə başçısı inzibati xətalar və cinayət məcəllələrinə əlavələr edilməsini təklif edib.

Xəbərdə qeyd edilir ki, ölkə başçısı İnzibati Xətalar Məcəlləsinə (İXM) 516.0.3-cü və 168-1.1-ci, Cinayət Məcəlləsinə isə 278.2-ci maddənin əlavə edilməsi təşəbbüsü ilə çıxış edib.

İctimai yerlərdə dini təbliğata yasaq gəlir

Buna da bax: ​Şagirdlərə yay tətilində məscidə getmək yasaqlandı

İnzibati Xətalar Məcəlləsinə təklif edilən 516.0.3-cü maddə ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsini, dini atributların, dini bayraqların nümayişini qadağan edir. Maddə həmçinin, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinin qadağan edilməsini nəzərdə tutur.

Qadağalara əməl edilməzsə, vətəndaşların 2000-2500, vəzifəli şəxslərin 8000-9000, hüquqi şəxslərin isə 20000 - 25000 manat arası cərimə olunması təklif edilir.

Dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinin qadağan edilməsi nəzərdə tutulub.

Pozuntuya yol verən əcnəbilər və vətəndaşlığı olmayanlar 2 000 - 2 500 manat arası cərimə ediləcək, inzibati qaydada ölkədən çıxarılacaqlar.

Əcnəbilər dini mərasim idarə edə bilməyəcək

İnzibati Xətalar Məcəlləsinə təklif edilən 168-1.1-ci maddə isə əcnəbilərin dini mərasimləri idarə etməsi ilə bağlıdır. İslam dininə aid ayin və mərasimləri əcnəbi, vətəndaşlığı olmayan şəxslərin aparması həmin maddə ilə qadağan edilir, buna görə cəza tətbiq olunur.

Buna da bax: ​Kann çimərliyində burkini qadağası

Təklif qəbul edilərsə, buna görə, 2 000 - 5 000 manat arası cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Dini zəmində cinayətə ömürlük həbs

Cinayət Məcəlləsinə təklif edilən əlavə isə dini fanatizm, düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması ilə bağlıdır.

Təklifə əsasən, belə əməllərə yol verənlər 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs ilə cəzalandırılacaqlar.

Təkliflər parlamentin növbəti iclasında müzakirəyə ediləcəyi bildirilir.

Buna da bax: ​"Nardaran işi" üzrə məhkəmə prosesi davam edir

Azərbaycanda din azadlığının durumu

Dini fanatizm, düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması ilə bağlı əməllərə yol verənlər 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs ilə cəzalandırılacaqlar.

«Azərbaycanda konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verilib. Lakin hökumət xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin azadlığını məhdudlaşdırır» - ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair ötən ay açıqladığı illik hesabatında belə deyilirdi.

Sənəddə vurğulanırdı ki, rəsmilər toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları məhdudlaşdırır, dini qrupların qeydiyyatına problem yaradırlar.

Hesabatda dini fəalların həbs olunması, dini təriqət və cərəyanların basqılara məruz qalması da vurğulanırdı.

Əlaqəli dövlət qurumları isə din azadlığı ilə bağlı ölkədə ciddi problemlərin olmadığını deyirlər. Onların deməsinə görə, ölkədə yalnız dini radikalizmə qarşı sərt mübarizə aparılır.

XS
SM
MD
LG