Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:59

Xədicəyə görə prokurorluğa müraciət olunacaq


Xədicə İsmayıl
Xədicə İsmayıl

►“Əhval-ruhiyyəsi yaxşıdır, dostlara salamı var”

Araşdırmaçı jurnalist, AzadliqRadiosunun əməkdaşı Xədicə İsmayılın mənzilinə gizli yolla kamera yerləşdirilməsilə bağlı cinayət işi üzrə icraatın təzələnməsi üçün yaxın günlərdə prokurorluğa müraciət olunacaq.

Bu barədə AzadliqRadiosuna jurnalistin vəkili Yalçın İmanov məlumat verib.

Yanvarın 19-da 4 saylı cəzaçəkmə müəssisəsində Xədicə İsmayilla görüsdüyünü deyən vəkilin sözlərinə görə, jurnalistin şəxsi həyatına müdaxilə faktı üzrə başlanmış cinayət işi ətrafında müzakirə aparıblar:

“Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə başlanmış cinayət işi üzrə icraat, istintaq hərəkətləri bir xeyli müddət əvvəl dayandırılıb. Milli Təhlükəsizlik Nazirliyi ətrafindakı məlum olaylardan sonra yeni açılan hallarla əlaqədar cinayət işi üzrə icraatın təzələnməsi üçün prokurorluğa müraciət edəcəyik”.

Vəkil onu da bildirib ki, Xədicə İsmayılın durumundan heç bir şikayəti yoxdur: “Əhval-ruhiyyəsi yaxşıdır, dostlara salamı var”.

Xatırladaq ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, mənimsəmə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist ittihamları rədd edir. “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG