Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:27

Thomas de Waal: "Bunu Rusiyanın təşkil etməsinə skeptik yanaşıram"


Thomas De Waal
Thomas De Waal

►"Həm Ermənistan, həm də Azərbaycan ordusu xeyli güclüdür və Moskvanın onlara nəsə buyurmasını xoşlamırlar."

Karneqi Fondunun aparıcı əməkdaşı Thomas de Waal AzadlıqRadiosunun suallarını cavablandırıb:

– Qarabağdakı son eskalasiyanı necə dəyərləndirirsiniz?

– Bu, hamımızın bir müddətdir ki, qorxduğu çox pis bir insidentdir. İnsidentdən də artığıdır. Döyüşlər başlayıb. Müharibəyə bənzəmir. Atəşkəsin çox pis pozulmasıdır. Problem ondadır ki, təmas xətti hazırda o dərəcədə hərbiləşdirilib ki, hər iki tərəfdən o qədər ağır texnika, təyyarələr, dronlar, vertolyotlardan istifadə olunur ki, dağıntı çox qısa bir zamanda törədilə bilər.

Həm də bahardır – atəşkəs, adətən, yazda və yayda pozulur. Ancaq vacib bir məqamı vurğulamaq lazımdır ki, atəşkəs, adətən, siyasi səbəblərlə pozulur, təsadüfən baş vermir, lap başdakı komandirlərdən başlanan güclü bir zəncir mövcuddur.

Rusiyanın cəbhə xəttində zorakılığı təşkil etməsinə də skeptik yanaşıram. Ancaq açıq-aşkar maraq doğuran məqam odur ki, prezident Vaşinqtondadır və qəflətən atışma başlanır, Kreml də sülhə çağırır. Amma bu məsələdə bir az ehtiyatlı olmalıyıq. Həm Ermənistan, həm də Azərbaycan ordusu xeyli güclüdür və Moskvanın onlara nəsə buyurmasını xoşlamırlar.

Adətən, daha çox Azərbaycan tərəfi atəşkəsi pozur, çünki status kvo ürəklərincə deyil, torpaqları işğal olunub və atəşkəsi pozmağa səbəbləri çoxdur. Atışma başlanınca, bunun artıq məsələyə dəxli olmur, hər iki tərəf atəş açır və cəbhə xəttində əməliyyat aparır. Bu səbəbdən birinci kimin başlamasını söyləmək inanılmaz dərəcədə çətindir və bəzən anlamı qalmır.

Yeni köçkünlər... Ağdam sakinləri Bərdəyə sığınıb
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

– Bəs ATƏT-in Minsk qrupu barədə nə düşünürsüz? Başqa nə etmək olar?

– ATƏT-n Minsk qrupu bir vaxtlar olduğu kimi güclü deyil. Onlar, əsasən, Ermənistan və Azərbaycan prezidentlərini məmnun etməyə çalışırlar. Atəşkəsi qoruyub saxlamağa, prezidentlərin görüşlərini təşkil etməyə çalışırlar, ancaq, qətiyyən, şounu idarə etmirlər.

Aydındır ki, dəyişiklik edə biləcək şəxslər Vaşinqtonda və özəlliklə də, Moskvadadır. Ancaq hətta orada da, hərbi əməliyyat gedirsə, üçüncü tərəfin müdaxiləsi, həqiqətən çox çətindir. ATƏT-in regionda yalnız 6 müşahidəçisi var, sülhməramlılar yoxdur, hadisələrin inkişafını önləmək inanılmaz dərəcədə çətindir. Yeganə olunası şey siyasi təzyiqdir ki, bunu da Moskvadan həyata keçirmək daha asandır. Ancaq Qarabağ həm Ermənistan, həm də Azərbaycan üçün bir nömrəli milli məsələ olduğundan, onlar da Moskvaya qulaq asmırlar. Düşünürlər ki, bu, onların milli maraqlarına uyğun deyil.

Məncə, Moskvanın əsas oyunçu olduğunu düşünmək yanlışdır. Münaqişədə əsas oyunçular Ermənistan və Azərbaycandır və Moskva güclü, amma ikinci dərəcəli oyunçudur. Ancaq şounu o idarə eləmir.

– Vaşinqtonda və Moskvada əsas oyunçular kimlərdir?

– Bu münaqişədə yüksək rütbəli diplomat Sergei Lavrov-dur. Münaqişəni inanılmaz dərəcədə yaxşı bilir və prezidentlərlə mütəmadi görüşür. Bizə deyirlər ki, onun yeni sülh planı var və bu plana Rusiya sülhməramlıları da bir element kimi salınıb.

O, prosesə qatılacaq birinci şəxsdir. Ermənistan və Dağıstanda Rusiya hərbçiləri var, ancaq Azərbaycanda yoxdur. Yəni, Rusiya Müdafiə Nazirliyinin görəcəyi iş böyük deyil. Onlar Ermənistana təsir etsələr belə, Azərbaycana edə bilməzlər.

– Azərbaycan cəbhə xəttində daha artıq itkini necə önləyə bilər?

– Cəbhə xəttində çox iş görülə bilər. Daha böyük siyasi müdaxilə, siyasi prosesi yenidən başlatmaq lazımdır. Ancaq bundan ötrü Moskva və Vaşinqtonla əməkdaşlıq lazımdır. Onların slühməramlıları var və razılaşmaqları gərəkir. Ancaq indi Vaşinqtonla Moskvanın razılaşması illər öncəkindən daha çətindir.

Yaralı erməni hərbçiləri hospitala yerləşdirilir

Yaralı erməni hərbçiləri hospitala yerləşdirilir
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

XS
SM
MD
LG