Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Vergilər nazirliyinin yeni binası: milyonlar, milyonlar, milyonlar...


Vergilər nazirliyinin gələcək yeni binasının maketi
Vergilər nazirliyinin gələcək yeni binasının maketi

Vergilər nazirliyi “ILF Beretende İngenieure GmbH” Avstriya-Almaniya şirkətinin Azərbaycan filialını özünün yeni inzibati binasının tikintisinə texniki nəzarət üzrə məsləhətçi seçib.

Bu haqda “Turan” Agentliyi xəbər verir.

Vergilər nazirliyinin məlumatına görə, tərəflər arasında sazişin qiyməti 1 milyon 699 min 200 manatdır.

“İLF Beretende İngenieure GmbH” şirkətinin filialının rəhbəri Qulu Məmmədov deyib ki, onların 10-dan artıq əməkdaşı 18 ay ərzində texniki nəzarət xidməti göstərib.

Buna da bax:​ Vergilər Nazirliyi üçün yeni dəbdəbəli bina- FOTOLAR

“Şirkətin dövlət strukturları ilə çoxillik təcrübəsi var. 2007-ci ildən Mədəniyyət və Turizm nazirliyinə “Şahdağ” kurort kompleksinin tikintisində məsləhət verir. Həmin layihənin iki mərhələsi üzrə tikinti işi 5 milyon dollar qiymətləndirilir”, deyə şirkətin təmsilçisi qeyd edib.

Onun deməsinə görə, bu yaxınlarda “İLF Beretende İngenieure GmbH” “Pasha Constroction” MMC-nin layihələrindən birinin həyata keçirilməsini başa çatdırıb.

Vergilər nazirliyinin inzibati binasını “Tekfen İnsaat ve Tesisat A.S” (Türkiyə) şirkəti tikir.

Buna da bax:​ Vergilər Nazirliyinin müəmmalı 4 müqaviləsi

«Tekfen İnşaat» iyul ayında Vergilər Nazirliyi ilə 94 milyon ABŞ dolları (təxminən 150 milyon manat) dəyərində müqavilə bağladığını açıqlamışdı.

Şirkətin açıqlamasında deyilirdi ki, şirkət betonlama, metal və başqa işlər görəcək.

Söhbət nazirliyin Heydər Əliyev prospektindəki yeni inzibati binasından gedir.

Ötən il isə Vergilər Nazirliyi sözügedən inzibati binanın tikintisindən ötrü «Renaissance Construction Azerbaijan» şirkəti ilə 132 milyon 121 min 681 manat 90 qəpik dəyərində müqavilə imzaladığını açıqlamışdı.

XS
SM
MD
LG