Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:53

'Bu sənədi 'vergi amnistiyası' adlandırmaq doğru deyil'


Kassa aparatı.
Kassa aparatı.

Vergi ödəyicilərinin borclarının əsas hissəsinin silinməsi nəzərdə tutulmayıbmış. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsində faiz və maliyyə sanksiyaları üzrə borcların silinəcəyi qeyd olunur.

Layihənin “vergi amnistiyası” kimi tanıdılması özünü doğrultmadı. Ekspertlər bütün borcların ləğv edilməsini gözləsələr də, “vergi borcları” deyilərkən, sözügedən qanun layihəsində, əsasən, faiz və maliyyə sanksiyalarının nəzərdə tutulduğu üzə çıxıb.

Buna da bax:​ 'Hökumətin birinci məqsədi büdcəni doldurmaqdır'

“Amnistiya, ilk növbədə, qeyri-leqal gəlirlərə münasibətdə elan edilir”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul deyir ki, bu durumda sənədi “vergi amnistiyası” adlandırmaq doğru deyil: “Çünki amnistiya, ilk növbədə, qeyri-leqal gəlirlərə münasibətdə elan edilir. Sənədin özü ortada olmadığından, ona verilən rəsmi izahlardan belə anlaşılır ki, söhbət Vergilər Nazirliyinin hesabladığı və rəsmiləşdirdiyi, lakin vergi ödəyicilərinin ödəmədiyi vergi borclarından, maliyyə sanksiyalarından, faizlərdən gedir”.

“Hər hansı müsbət nəticəsinin olacağına şübhə edirəm”

Ekspertin fikrincə, əsas borc məbləğinin dəyişməz qalması sənədin onsuz da az olan əhəmiyyətini daha da azaldır: “Mən bu sənədin hər hansı müsbət nəticəsinin olacağına şübhə edirəm. Fikrimcə, sahibkarlar da bu məsələyə isti yanaşmayacaqlar. Onların vəziyyəti onsuz da ağırdır, borcları ödəmə imkanları çox aşağıdır. Bunlar bir yana, sənəddə bir çox açıq suallar var. Tutaq ki, sahibkar, deyildiyi kimi, maliyyə sanksiyasını və faiz borcunu ödədi, o zaman əsas borcun taleyi necə olacaq?”.

Buna da bax:​ 'Vergi ödəyicilərinin sayı sürətlə şişir...'

Q.Toğrul faiz və sanksiya borcları ödəndikdən sonra borc üzündən qoyulan yasaq və sərəncamların, ölkədən çıxışa qadağaların və s.-in qüvvəsini itirib-itirməyəcəyinin suallı qaldığına diqqət çəkir:

“Vergi ödəyicisi həmin borcu yenə ödəyə bilməsə, proses necə tənzimlənəcək? Yaxşı olardı ki, Vergilər Nazirliyi bu məsələyə də aydınlıq gətirəydi. Vergi ödəyicisinə qoyulan qadağalar qalacaqsa, onda sahibkar maliyyə sanksiyasını və faiz borcunu niyə ödəməlidir ki?”.

Ekspertlərdən Cəfər İbrahimli fərqli düşünür və deyir ki, bütün hallarda vergi borclari üzrə müəyyən güzəştlər sahibkarların maliyyə vəziyyətinin yaxşılaşmasına və eyni zamanda ödənmə ehtimalı az olan vəsaitlərin bu yolla büdcəyə daxil olmasına təminat verir.

Buna da bax:​ Vergi amnistiyası necə işləycək?

“Normal şərtlərdə maliyyə sanksiyasını ödəyə bilməyən sahibkar…”

Bununla belə, o da bildirir ki, güzəştin məhdud sayda sanksiyalara tətbiqi və əsas vəsaitə şamil edilməməsi hədəflənən yığımların əldə edilməsinə çətinlik törədəcək: “Bu sanksiyaların əvvəlki illərdən yığılıb qaldığı bildirilir. Normal şərtlərdə maliyyə sanksiyasını ödəyə bilməyən sahibkarların indiki şəraitdə bunu, güzəştli belə olsa, ödəməsi çətin olacaq. Verilən əlavə vaxtin da xeyli yetərsiz olması başqa bir problemdir”.

XS
SM
MD
LG