Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Vaksinlər Omikronu dayandıra biləcəkmi


İllüstrativ foto
İllüstrativ foto

Daha bir məqam isə Omikrona yönəlik vaksinləri yoxsul Afrika ölkələri üçün daha əlçatan etməkdir

Dünyanın bir sıra ölkələri koronavirusun Afrikanın cənubunda aşkarlanmış Omikron ştammı ilə əlaqədar qitənin həmin hissəsi ilə hava əlaqələrini dayandırırlar. Bu arada alimlər mövcud vaksinlərin bu ştamma necə təsir göstərdiyini öyrənməyə çalışırlar.

“The New York Times” qəzetində Apurva Mandavilli bir neçə ekspertlə müsahibələr əsasında yazır ki, yeni ştamm daha yoluxucu ola və bədənin immun reaksiyasından daha çevik yayına bilər.

İstənilən halda, vaksinlər xəstəliyin ağırlaşmasını və ölümü önləməkdə davam edəcəklər, bu səbəbdən buster dozaların vurulması tövsiyəsi qüvvədə qalır. Pfizer-BioNTech və Moderna şirkətləri isə gərəkərsə, dozaları yenidən formulə edə biləcəklərini deyirlər.

Sietldəki Fred Hutchinson Xərçəng Tədqiqatları Mərkəzinin bioloqu Cesse Blum deyir ki, yeni ştammla bağlı gerçəkdən ayıq-sayıq olmaq, ona hazırlaşmaq lazımdır.

Təbii immuniteti üstələyir

Müəllif alimlərin Omikron ştammına digərlərinə nisbətən xeyli tez reaksiya verdiyini yazır. Cənubi Afrikada ilk əlamətlər aşkarlanandan sonra cəmi 36 saat içində tədqiqatçılar 100 yoluxmuş xəstədən nümunələri təhlil edərək dünyaya səs salıb. Bunu Durbandakı Nelson R. Mandela adına Tibb Məktəbinin genetiki Tulio de Oliveira deyir.

Artıq Cənubi Afrika alimləri yeni ştamma qarşı vaksinləri də sınaqdan keçirməyə başlayıblar. Nəticələr ən tezi iki həftəyə bilinəcək. Amma Omikronun daşıdığı mutasiyalar isə ona vaksinlərin daha az təsir göstərəcəyini deməyə əsas verir.

Cənubi Afrikada əvvəl Covid-19-a yoluxanların yeni ştamma tutulması onun təbii immuniteti üstələdiyini deməyə əsas verir, KvaZulu-Natal Universitetindən yoluxucu xəstəliklər mütəxəssisi Riçard Lessels deyib.

Omikronun özündə fərqli mutasiyaları birləşdirməsi isə immun sisteminin onu tanıyaraq neytrallaşdırmasını çətinləşdirir.

Variantlar

Qəzet yazır ki, vaksinlər Omiklrona təsir göstərməsələr, effekti artırmaq üçün onlara dəyişiklik ehtiyacı yaranacaq. Ən pis halda isə Pfizer-BioNTech, Moderna və Johnson & Johnson şirkətləri vaksinlərini Omikronun süni versiyasına qarşı testdən çıxarmağı planlaşdırırlar.

Moderna-nın Prezidenti Stefen Hoqe bildirir ki, alimlər Omikron barədə öyrənəndən dərhal sonra vaksin üzərində işə başlayıblar. Onun sözlərinə görə, hətta uyğun datasız belə, bu ştammın vaksinlərə böyük təhdid yaradacağı aydın idi.

Müəllifin söhbətləşdiyi alimlər bir daha qeyd edirlər ki, Covid-dən sağalan şəxslər hətta vaksinin bir dozasını vurdurandan belə onlarda çoxsaylı anticismlər yaranır, onlar da virusun müxtəlif versiyalarını yalnız peyvənd vurduranlardan daha yaxşı tanıyır.

Daha bir məqam isə Omikrona yönəlik vaksinləri yoxsul Afrika ölkələri üçün daha əlçatan etməkdir.

Pfizer-dən bu sualı cavablandırmayıblar. Amma Moderna-nın Prezidenti Hoqe deyib ki, şirkətin, biri 3.5 dollardan 110 milyon doza çatdırmaqla bağlı Afrika Birliyi ilə razılaşması var

XS
SM
MD
LG