Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Ukraynada müharibə gedir demək olar (video-foto-xəbər)

Ukraynanın Daxili işlər naziri Arsen Avakov: «Öz ərazimizdə bizə qarşı müharibə gedir». Rusiya ilə sərhəd şəhərləri Rusiyadan gələn silahlı dəstələr tərəfindən nəzarətə götürülür

- Ukraynanln şərqində anti-terror əməliyyatları davam etdirilir. Slavyasnkda hökümət qoşunlarına silahlü müqavimət göstərən separatçılarla şiddətli döyüş getdiyi bildilir.

- Gərginlik Ukraynanın cənubuna da ayaq açıb, liman şəhəri Odessada mayın 2-də onlarla adamın həlak olduğu iğtişaşlardan sonra, Kiyev yerli polisi separatçılarla əlbir olmaqda ittiham edərək, Odessaya yeni polis rəisi təyin etmiş, oraya xüsusi təyinatlı polis dəstələri göndərib

- Ukrayna böhranı ilə bağlı Qərblə Rusiya rasında qarşılıqlı ittihamlar davam edir. Qərb Rusiyanı separatçılara dəstəkdə, Rusiya isə Qərbi öz xalqına qarşı silah işlədən Ukrayna hökumətini dəstəkləməkdə ittiham edirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

20:31 5.5.2014
Slavyanskda çəkildiyi ehtimal olunan daha bir həvəskar video. Şəhər yaxınlığındakı televiziya mərkəzini separatçılardan geri almaq üçün Ukrayna hökumət qoşunları hərbi vertolyotdan istifadə edirlər
21:34 5.5.2014
Aprelin 30-da Luqansk separatçıları prokurorluğun binasını zəbt etmişdilər
Aprelin 30-da Luqansk separatçıları prokurorluğun binasını zəbt etmişdilər

Mayın 5-də Luqansk vilayatətinin daxili işlər idarəsinin binasına hücum olub. Ukrayna daxili işlər nazirlyinin məlumatına əsasən, danışıqlardan sonra binanı zəbt dən şəxslər oranə tərk edib, Luqansk polisi normaı rejimdə işini bərpa edib. Xəbər verilir ki, hadisə zamanı daxili işlər şöbəsinin rəisi xəsarət alıb. Apreldə Luqansk separatçılar "Cənub-Şərq cəbhəsi" adında silahlı birləşmə yaradaraq yerli inzibati binanı zəbt etmişdilər.

Kiyev hakimiyyətinə daha bir silahlı müqavimət mərkəzi olan Luqansk, əslində bölgədə Abxaziya və ya Dnestryanı ssenariləri təhlküəsi daşıyır. Vilayətin Rusiya ilə sərhəddindədki Dolzhanskiy keçid məntəqəsi aprelin sonunda separatçıların nəzarətinə keçib (ətraflı videoda bax), odur ki Rusiya buradan separatçıların hərbi tələbatını ödəmək imkanındadır.

Davamı

XS
SM
MD
LG