Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Sorğu: Ukraynalıların çoxu özünü ruslarla eyni millət saymır


Milli geyimli Ukrayna uşaqları
Milli geyimli Ukrayna uşaqları

“Reytinq” ictimai rəyi öyrənmə qrupunun apardığı sorğunun nəticələrinə görə respondentlərin 55 faizi Rusiya prezidenti Vladimir Putinin “ruslar və ukraynalılar eyni millətdir” tezisini rədd edir.

Putin bu yaxınlarda yazdığı məqalədə rusları və ukraynalıları “eyni tarixi və mənəvi məkana malik vahid xalq” adlandırmışdı.

Rəy sorğusunun nəticələrini AzadlıqRadiosunun Ukrayna xidməti dərc edib.

Nəticələrə görə ukraynalıların 41 faizi Putinin qənaəti ilə razıdır.

Bu da qeyd olunur ki, şərqi Ukraynada, eləcə də Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin prixoduna mənsub olanların 60 faizi Rusiya prezidentinin dedikləri ilə razılaşır.

O cümlədən Ukraynada rusiyayönlü sayılan müxalifət partiyalarının üzvləri arasında da Putinin tezisini qəbul edənlərin faizi yüksəkdir.

Söhbət ilk növbədə Kremlin adamları sayılan Viktor MedvedçukYuri Boykonun Həyat naminə müxalif platformasından gedir.

Sorğu nəticələrinə görə prezident Volodimir Zelenskinin hakim partiyasına səs vermiş elektoratın əksəriyyəti özünü rus saymır.

Bunların 90 faizə qədəri keçmiş prezident Petro Poroşenkonun tərəfdarlarıdır.

Ukraynanın qərbində Putinlə razılaşmayanların faizi başqa regionlarla müqayisədə daha yüksəkdir.

“Vahid xalq” tezisinin tərəfdar və əleyhdarlarının faizi əksər yaş qruplarında bərabər paylanıb.

Sorğuya görə, əksinə 18-29 yaşlılar arasında Putinin tezisini qəbul edənlər daha çoxdur.

Mübahisəli məqalə

Vladimir Putin bu yaxınlarda Kremlin saytında rus və ukrayn dillərində dərc olunmuş məqaləsində iddia edir ki, ruslar və ukraynalılar tarixi inkişaf baxımından mahiyyətçə eyni millətdirlər.

Bu məqalə böyük mübahisələrə yol açıb və əksər Ukrayna tarixçiləri Putinin qənaətini rədd edib.

Bu diskussiyalarda Putinin məqaləsinin siyasi mənası da müzakirə edilir. Beləki Rusiya prezidenti Ukraynanın suverenliyini şübhə altına almaq fikrincə olmadığını bəyan edir.

Amma Putin eyni zamanda xəbərdarlıq edir ki, Moskva Ukraynanın “anti-Rusiyaya” çevriləsinə də yol verməyəcək.

Ukrayna Krımın ilhaqından və ölkənin şərqində moskvayönlü separatçı hərəkart başlanandan bəri Rusiyanı “təcavüzkar ölkə” elan edib.

Ukrayna siyasi qüvvələrinin və ictimai rəy liderlərinin əksəriyyəti “vahid millət” konsepsiyasını rədd edirlər.

Onlar ukraynalıların özünəməxsus xalq kimi Rusiyadan aralı inkişaf etmək hüququna malik olduğunu vurğulayırlar.

XS
SM
MD
LG