Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:36

Economist-dən Türkiyə seçicilərinə - Erdoganı töhmətləndirin


Türkiyə prezidenti Recep Tayyip Erdogan (sağda) səsverməyə gələrkən sakinləri salamlayır. 1 noyabr 2015
Türkiyə prezidenti Recep Tayyip Erdogan (sağda) səsverməyə gələrkən sakinləri salamlayır. 1 noyabr 2015

.

TÜRKİYƏ NİYƏ ÖNƏMLİDİR?

“Economist” jurnalının oktyabrın 31-də dərc etdiyi “Türklər noyabrın 1-i hakim Ədalət və İnkişaf Partiyasına qarşı səs verməlidirlər” başlıqlı məqalədə deyilir:

Türkiyənin Qərb üçün əhəmiyyətini azaltmayın. Soyuq müharibə dövründə o NATO-nun Sovet İttifaqına qarşı istinadgahı idi. Sonra o, zülmkar və zorakı xaosun olduğu ərəb dünyasının astanasında yerləşən çiçəklənən müsəlman demokratiyası modei idi. Ən son dövrdə isə Türkiyənin döyüşlərdən qaçaraq Suriya sərhədini keçmiş 2 milyon qaçqını qəbul etməsi təqdirəlayiqdir.”

“1 noyabr seçkiləri kürd PKK silahlılarına qarşı yenidən qızışmış müharibə, ölkə daxilində intiharçı bomba partlayışları, azad mətbuata qarşı təzyiqlər, müstəqil prokuror və hakimlərin sıxışdırılması və Türkiyənin sanki İslam Dövləti yaraqlılarına qarşı hərdən narahatedici dərəcədə yumşaq davranması hissinin fonunda baş verir.

ERDOGAN-I "MƏRASİM QUTUSU"NA QOYUN

Yazıda deyilir ki, sadalananların çoxuun günahı ölkənin “amiranə prezidenti” Recep Tayyip Erdoganın üzərinə düşür və bu seçkilər onun özünü hakimiyyətdə sığortalamaq cəhdidir. Türklər rəqiblərinə səs verməklə onu töhmətləndirməli, qaytarıb "mərasim qutusu"na qoymalıdırlar.

Yazıda toxunulan maraqlı məqamlardan biri də PKK məsələsidir. Bildirilir ki, Erdogan öz partiyasının şansını maksimallaşdırmaq üçün ölkədə yaşayan kürdlərlə sülh prosesini pozub. Qəzet yazır ki, o, bununla kürdmeylli Xalqların Demokratik Partiyasına (HDP) veriləcək səslərin azalacağına ümid edib: “Bu xüsusilə də ona görə məyusedicidir ki, cənab Erdogan kürdlərlə sülh prosesinin cəsarətli tərəfdarı idi” - deyə müəllif qeyd edir.

Yazıda qeyd olunur ki, əksər rəy sorğularının nəticələrinə görə HDP bu dəfə də Böyük Millət Məclisində yerlər qazanmaq üçün zəruri olan 10%-lik həddən artıq səs toplayacaq. Bu isə daha bir nataraz parlament demək olacaq. “Bu dəfə prezident koalisiya hökumətinin formalaşdırılmasını sabotaj etməməlidir,” deyə müəlliflər əlavə edirlər.

MÜTTƏFİQLƏƏ ÇAĞIRIŞ...

Yazıda tövsiyyə olunur ki, Türkiyənin müttəfiqləri Erdoganı tənqid edərkən “tonlarını aşağı salmamalıdırlar”. Bəzi Avropa Birliyi liderləri bunu etəkdən çəkinirmiş kimi görünüblər. Onlar bunu Erdoğanın Avropaya istiqamət almış qaçqın və miqrant axınını dayandırmaq işində daha çox səy göstərməyə inandırmaq üçün edirlər.

Bu il Avropa Kommissiyasının Türkiyəni illik dəyərləndirməsi də sakitcə təxirə salınıb. Bu dəyərləndirmənin hökumətin qeyri-demokratik vərdişlərinə münasibətdə son dərəcə tənqidi olacağı gözlənirdi. Seçkiləri qazanmış istənilən yeni hökumətin Türkiyənin AB-nə üzvlüyü ilə bağlı sönmüş danışıqları canlandırmağa və Türkiyə vətəndaşları üçün Avropaya vizasız giriş əldə etməyə çalışması ehtimal olunur. “AB aydın bildirməlidir ki, bu məsələlərlə bağlı irəliləyiş tam demokratik Türkiyənin bərpası yolunda atılan addımlardan asılı olacaq,” deyə “Economist” yazır.

SİZƏ NƏ???

Türkiyə Prezidentinin özü isə seçki günü - noyabrın 1-də səhər namazından sonra jurnalistlərin suallarına cavab verərkən seçkilərlə bağlı xarici mediada yer alan şərhlərə münasibət bildirib:

"Xüsusən də son dövrdə xaricdəki bəzi beynəlxalq media qurumları öz aldıqları təlimatla həm mənim şəxsiyyətimə, həm də Türkiyədəki bəzi siyasi partiyalara dair verdikləri açıqlamaları eşidirsiniz. Bunlar çox düşündürücüdür. Sizə nə? Siz öz ölkənizdəki seçkilərlə maraqlanın.

Türkiyədıki seçkilərlə bağlı mənim adımı nəzərdə tutaraq, partiya adı işlədərək 'Nəbadə onlara səs verəsiniz” kimi yanaşma nümayiş etdirmək çox çirkin işdir. Bunun siyasi əxlaqa, siyasi etiketə uyğun gələn bir tərəfi yoxdur. …Yəni bu seçki sabitlik və təhlükəsizliyin davamı üçün olan bir seçkidir. İstəyirəm ki, bu ölkədə sabitlik qazansın, etimad qazansın, birlik, bərabərlik, qardaşlıq qazansın, qısacası Türkiyəmiz qazansın."

XS
SM
MD
LG