Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:44

Əflatun Amaşov: ''Turan' media məkanımızda yox kimidir'


Əflatun Amaşov
Əflatun Amaşov

«Doğrudan da «Turan» İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir».

Mətbuat Şurasının (MŞ) sədri, deputat Əflatun Amaşov «Turan» İnformasiya Agentliyinə cinayət işi açılması ilə bağlı şərhində belə yazıb.

MŞ sədri agentliyin «yox kimi olmasını» bir neçə amillə əsaslandırmağa çalışıb.

***Buna da bax-'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar

«Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir. Bu günün media reallığından uzaq kimi görünən «Turan»ın materiallarına çox az hallarda istinad var. Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki, əvvəllər belə olmayıb», - deputat yazıb.

"Turan" İA-da axtarış aparılır
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

MŞ sədri vurğulayıb ki, nəinki son aylar, hətta son illər belə, heç bir rəsmi qurumun, vəzifəli şəxsin «Turan»ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməyib. O, bu səbəbdən agentliyə cinayət işinin açılmasının arxasında siyasi amillər axtarmağın yersiz olduğunu ifadə edib.

***Buna da bax-'Turan'dakı axtarış nə demək idi? [video]

«Mətbuat Şurasına da «Turan»ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır. Vergilər Nazirliyi dövlət orqanıdır. Onun yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır. Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və Kütləvi İnformasiya Vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub. Mətbuat Şurası olaraq biz «Turan» İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir», - Ə.Amaşov bildirib.

Mehman Əliyev: Sənədlərdə problem yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

XATIRLATMA

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

***Buna da bax-'Turan'ın 7 illik fəaliyyəti yoxlanılır, araşdırmaçı jurnalisti dindirilib...

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq «Turan» agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.

Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının belə yoxlanıldığı bildirilir.

M.Əliyev həmçinin, vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər. Dünən, avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

XS
SM
MD
LG