Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:30

«Bir kəndə ki, 70-ə qədər mərmi düşə...»


Qarabağda ev
Qarabağda ev

-

«Məktəbmi qalıb? Məktəb dağılıb, uşaqlar dərsə getmir».

Bunu Ağdamın Sarıcallı kənd sakini İlqar Təhməzov deyir. Onun sözlərinə görə, 5-günlük hərbi əməliyyatlar vaxtı kəndə 70-dən çox mərmi düşüb, məktəb də dağılıb: «Gecə atıblar, o da, deyəsən, döyüş bölgəsinə düşüb».

İlqar Təhməzov deyir ki, kənd sakinləri ev-eşiyinə dönüb, amma qadın və uşaqlar hələ də kənddə gecələmir: «Qocalar, qadın və uşaqlar gündüz evə gəlirlər, gecə gedirlər».

Kənd sakini əlavə edir ki, sakinlər mal-qarasını qarşı tərəfdən görünməyən sahələrə otarmağa aparır: «Amma atmaq istəsələr, elə həmin yerlər də atəş altına düşə bilər».

5-günlük toqquşmalar camaatı mərmilərdən daldalanmaq üçün bəzi yerlərdə səngər qazmağa məcbur edib, - Ağdam sakinləri AzadlıqRadiosuna deyirlər.

«MAL-QARANI GERİ QAYTARIRLAR»

Tərtər rayonunda da atəşkəs pozulub. Burus kəndinin sakini Ələddin İbrahimov deyir ki, onlar Goranboy tərəfdən atəşkəsin pozulmasını eşidiblər. Onun sözlərinə görə, kənddə hər kəs öz iş-gücü ilə məşğuldur, məktəb işləyir. Ələddin İbrahimov deyir ki, atəşə məruz qalan kəndlərin sakinləri o zaman mal-qarasını aşağı kəndlərə endirmişdi, indi geri qaytarır: «Həyat öz axarına düşür», - o deyir.

«UŞAQLAR ARTIQ DƏRSƏ GEDİR»

Füzuli rayonunun Əlibəyli kənd sakini Əlibaba Nəsirov Horadiz tərəfdən atəş səsləri eşitdiyini deyir. Onun sözlərincə, kənd sakinlərində hər hansı təlaş yoxdur, əksinə, qələbəyə köklənmiş ruh yüksəkliyi var.

Əlibaba Nəsirov deyir ki, güclü atəş gedən günlərdə təhlükəsizlik məqsədilə Horadizdə məktəb öz işini dayandırıb, uşaqlar dərsə getməyiblər. Ancaq indi orda da, Əlibəylidə də dərslər bərpa olunub: «Camaat hətta mal-qarasını örüşə də aparır. Mülki şəxslərə getməyə icazə verilən yerlərə qədər açıq sahələrdə mal-qarasını otara bilirlər».

XS
SM
MD
LG