Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:21

Taleh Xasməmmədovun ailəsi ondan narahatdır


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun həyat yoldaşı ondan narahatdır. Fəxriyyə Xasməmmədova deyir ki, həyat yoldaşının səhhətində ciddi problemlər var. O, 17 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşı ilə sonuncu dəfə yanvarın 3-də görüşüb:

«Yoldaşım çox narahat idi. Özünü çox pis hiss edirdi. Ağrıları bir anda olsun ara vermirdi. Başağrısı, belağrısı, sinir ağrılarından çox əziyyət çəkir. Taleh bu ağrıları ilə əlaqədar olaraq müayinə olunduğunu, yaxınlarda müalicə müəssisəsinə göndəriləcəyini bildirdi. Lakin üstündən bir aydan çox keçməsinə baxmayaraq, nədənsə yoldaşımın müalicə müəssisəsinə göndərilməsi üçün razılıq verilməyib».

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti başda olmaqla aidiyyəti orqanlara Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlə bağlı müraciət edib: «Əgər Taleh vaxtında müalicə olunmazsa, biz onun daha da pis virusa, xəstəliklərə yoluxacağından çox narahatıq. Bu isə bir ailənin başçısını itirmək deməkdir».

Müraciətdə Beynəlxalq Qırmızı Xaç Komitəsindən, Ombudsmandan, İnsan Hüquqları üzrə İşçi Qrupundan, hüquq müdafiəçilərindən Taleh Xasməmmədova baş çəkmələri də xahiş olunur.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə AzadlıqRadiosuna deyib ki, Taleh Xasməmmədovun ailəsinin müraciətinə baxılaraq araşdırılacaq. Rəis müavini əlavə danışmaq istəməyib.

Taleh Xasməmmədov ötən il iyulun 22-də Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda ittiham olunurdu.

XS
SM
MD
LG