Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:33

Tacikistanda ərəb adlarına və qan qohumluğuna qadağa qoyulur


Tacikistan höhuməti qohum evliliklərinə qadağa qoyulmasını, tərəflərin nigahdan öncə müayinəsini təklif edir.
Tacikistan höhuməti qohum evliliklərinə qadağa qoyulmasını, tərəflərin nigahdan öncə müayinəsini təklif edir.

-

Tacikistanda ərəbcə səslənən xarici adlara və birinci əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı nikahlarına qadağa qoyulur.

Yanvarın 13-də parlametdə Aşağı Palatada Ailə və Vətəndaşlıq Qeydiyyatı qanununa təklif edilən dəyişikliklərin müzakirəsi zamanı ədliyyə naziri Rustam Shohmurod deyib ki, əcnəbi adlar tacik cəmiyyətini iki yerə ayırır.

Aydındır ki, məhdudlaşdırma Orta Asiya xalqında artmaqda davam edən yeni doğulmuş uşaqlara qoyulan ərəb və İslam dinindən gələn adlara qarşıdır.

Qanunun Yuxarı Palata və prezident Emomali Rahmon tərəfindən də qəbul ediləcəyi gözlənir.

Tacik ailələrində doğulmuş qız uşaqlarına Aişə, Sumaya, Asiya kimi adlar verilir. Əvvəl belə adlar qoyulmadığı halda indi çox populyarlaşıb. Məhəmməd, Yusif, Əbubəkr kimi adlar da oğlan uşaqları arasında geniş yayılıb.

Qanuna düzəliş həmçinin – kişi adlarına əlavə edlən mullah, khalifa, amir, sufi kimiərəb suffiks və prefiksləri də əhatə edir.

HÖKUMƏT MƏSLƏHƏTLİ ADLARIN SİYAHISINI HAZIRLAYIB

Dil və Terminologiya Komitəsi bu yaxınlarda elan edib ki, yenidöğulmuşlara vermək üçün 4 minə yaxın adın siyahısı hazırlanıb. Komitə bildirir ki, siyahıya təmiz tacik və fars adları salınıb.

Parlamentdə müzakirə zamanı Aşağı Palatanın spikeri Shukurjon Zuhurov deyib ki, rəsmi siyahı valideynlərə məhz bu adı seçməli olmağı məcbur etməyəcək. Amma o vurğulayıb ki, valideynlər tacik mədəniyyətinə uyğun adlar seçməlidirlər.

Dil və Terminologiya Komitəsi deyir ki, adlar siyahısı hazırlanarkən yalnız tacik etnikinə müraciət olunub, digər azlıqda qalan etniklərdəki adlar araşdırılmayıb. Tacikistanda özbəklər, qırğızlar, ruslar və digərləri yaşayır.

NİGAHDAN ÖNCƏ MÜAYİNƏ

tərəflər nigahdan öncə tibbi müayinədən keçməlidir
tərəflər nigahdan öncə tibbi müayinədən keçməlidir

Təklif edilən düzəlişdə həmçinin əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı arasında nikahların qadağan olunması da var. Gözlənir ki, bu qadağa da Yuxarı Palata və prezident tərəfindən qəbul edilsin.

Bu qadağan dəstəkləyənlər deyirlər ki, qan qohumluğu evliyindən doğulan uşaqlarda qüsurlar və genetik xəstəliklər törəyir.

Səhiyyə Nazirliyi deyir ki, 25 min 300-dən çox əlilliyi olan uşaqların 30-35 faizinin validyeni qan qohumudurlar.

Səhiyyə naziri Nusratullo Salimzoda parlamentdə deyib ki, evlənmək istəyən cütlüklərin tibbi müayinədən keçməsi də tələb olunmalıdır.

XS
SM
MD
LG