Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:33

Türkmənistan ərzaq rasionunu sərtləşdirir


Türkmənistan subsidiya ilə satılan əsas yeyinti məhsullarının verilməsi qaydalarını daha da sərtləşdirib.

Belə ərzaq bundan sonra xüsusi sertifikatlı dəftərçələrlə veriləcək. Məqsəd dövlət mağazalarından alınan ərzağın limitinə nəzarət etməkdir.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, yeni qaydalara görə məhəllə komitələri tərəfindən hər bir evə sertifikatlı dəftərçə verilir.

Dövlət mağazasından alınan yeyinti məhsulları üçün bu dəftərçələrdə xüsusi qeydlər aparılır.

Belə dəftərçələri olmayanlara dövlət mağazalarından ərzaq almaq imkanı verilməyəcək.

Qıtlıq və bahalıq

Hökumətin subsidiya etdiyi ərzaq məhsullarına – un, düyü, bitki yağı, şəkər və kartof daxildir.

Son illərdə Türkmənistanda ərzaq mallarının həm qıtlığı, həm də bahalaşması müşahidə edilir.

Ərzaq mallarını bazar və şəxsi dükanlardan almaq mümkün olsa da, buradakı qiymətlər adi insanlar üçün əlçatmaz dərəcədə yüksəkdir.

Bir çox insanların ac qalmamaq üçün üz tutduqları yeganə yer dövlət mağazalarıdır.

2 kiloqram unla barışıq

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov ölkədə koronavirus epidemiyasının olduğunu inkar etsə də, ölkənin əsas şəhərlərində məhdudiyyətlər tətbiq edilir və bu da ərzaq qıtlığının daha da kəskinləşməsinə səbəb olur.

Ərzaq qıtlığı aprelin 3-də ölkənin cənub-şərqindəki Marı vilayətində ictimaiyyətin kütləvi etirazlarına səbəb olmuşdu.

O vaxt 30-dək qadın magistral şose yolunu bağlamış, daha sonra yerli icra hakimiyyətinin binasına yürüş etmişdi.

Etirazçılar yalnız yerli rəsmilər adambaşına 2 kiloqram un vəd edəndən sonra dağılışmağa razılıq vermişdilər.

XS
SM
MD
LG