Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

NATO baş katibi: ‘Türkiyə dəyərli müttəfiqdir. Mən bunu Ermənistan prezidentinə aydın şəkildə demişəm…’


Jens Stoltenberg (sağda) və Armeni Sarkisyan
Jens Stoltenberg (sağda) və Armeni Sarkisyan

NATO-nun baş katibi Jens Stoltenberg oktyabrın 22-də alyans nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ bölgəsindəki vəziyyətə toxunub.

O deyib ki, bir gün əvvəl Ermənistan prezidenti Armen Sarkisyan onunla görüş xahişi edib:

"Həm Ermənistan, həm də Azərbaycan NATO-nun dəyərli partnyorlarıdır. Və əgər partnyor ölkənin prezidenti Brüsselə gəlib görüş xahiş edirsə, həmin prezidentlə görüş tamamilə təbiidir. Biz bundan əvvəl Azərbaycan prezidenti Əliyevlə burda NATO-nun qərargahında görüşmüşük. NATO-nun partnyoru olmaq o deməkdir ki, biz müxtəlif ölkələrin liderləri ilə görüşüb söhbət edirik. Ermənistan və Azərbaycan NATO-nun partnyorlarıdır və mən Azərbaycan və Ermənistan prezidentləri ilə görüşmüşəm. Amma indi Ermənistan prezidenti görüş istəmişdi. Mən əgər belə bir rica olarsa, Azərbaycan prezidenti ilə də görüşməyə hazıram”.

Bunun ardınca Stoltenberg Dağlıq Qarabağdakı vəziyyət barədə danışıb:

"NATO Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin tərəfi deyil. Türkiyə də dəyərli müttəfiqdir. Mən bunu Ermənistan prezidentinə də aydın şəkildə bəyan etmişəm. Biz Dağlıq Qarabağ və onun ətarfındakı münaqişədən, xüsusuilə də mülkilərin hədəflənməsindən dərindən narahatıq. Bizdə bu barədə bir neçə məlumatlar var. Buna görə də biz Azərbaycan və Ermənistanı deeskalasiyaya, döyüşü dayandırmağa və atəşkəsə çağırmışıq. Bu münaqişənin siyasi həll yolu olmalıdır. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik. Biz iki ölkənin xarici işlər nazirlərinin Birləşmiş Ştatlarda nəzərdə tutulmuş görüşünü alqışlayırıq. Biz düşünürük ki, siyasi həll yolunun tapılması mühümdür. Biz bu istiqamətdə səyləri dəstəkləyirik. Lakin bir daha bildirirəm ki, NATO bu münaqişənin tərəfi deyil. Mən bunu dünən (oktyabrın 21-də) Ermənistan prezidentinə aydın şəkildə bildirmişəm”.

Jens Stoltenberg alyansın bu münaqişəni diqqətlə izlədiyini bidliib:

"Vəziyyət çox ciddidir. Biz hərbi əməliyyatları müşahidə edirik. Biz döyüşlərin getdiyini görürük. Biz itkilər verildiyini də görürük. Biz mülkilərin hədəflənməsi barədə də məlumatlıyıq. Biz mülkilərin arasında böyük tələfatın olmasını da bilirik. Bütün bunlar vəziyyəti gərginləşdirir və bütün müttəfiqlərin narahatlığına səbəb olur. Eyni zamanda bir daha deyirəm ki, NATO bu münaqişənin tərəfi deyil. Biz artıq mövcud olan ATƏT-in Minsk qrupu çərçivəsini və həmsədrləri güclü bir şəkildə dəstəkləyirik”.

Daha sonra NATO baş katibi münaqişənin həlli yolları məsələsinə toxunub:

"Mən demirəm ki, siyasi həll asandır və ya siyasi həll yaxın gələcəkdə əldə edə biləcəyimiz bir həlldir. Amma mən dərindən inanıram ki, irəliyə doğru yeganə yol budur. Bizim davamlı, uzunmüddətli siyasi həllə çalışdığımız bir vaxtda, təcili atəşkəsə və bu atəşkəsə ehtiramın göstərilməsinə, bütün əməliyyatların dayandırılmasına ehtiyac var. Odur ki, mən həm Ermənistanı, həm də Azərbaycanı döyüşləri dayandırmağa çağırıram. Bu mənim dünən verdiyim mesaj idi. Bugün üçün də mesaj elə budur. Əslində bu, mənim son həftələrdə verdiyim aydın bir mesaj olub. Mən bunu da demişəm ki, Türkiyə bizim dəyərli müttəfiqimizdir. Amma mən həm də Türkiyədən regiondakı əhəmiyyətli təsirindən gərginliyin azaldılması üçün istifadə edəcəyini gözləyirəm”.

XS
SM
MD
LG